Sumqayıt Sukanal İdarəsi, Azərsu ASC-i və AzQAC Sumqayıt şəhər bölməsi birgə Mülki müdafiə obyekt məşqi keçirdi.Məqsəd zəlzələ zamanı obyekt ərazisində baş verən yanğın zamanı yanğını dəf etmək,şərti xəsarət alanlar xilasetmə dəstələri vasitəsi ilə hadisə yerindən kənarlaşdırmaq və ilk yardım göstərərək Təcili tibbi maşınları ilə xəstəxanaya göndərmək idi.Həmişəki kimi təlimdə AzQAC Sumqayıt şəhər bölməsinin “Mobil dəstə”si ədəd çadır qurmuş,8 nəfər heyət və bir Təcili yardım maşını ilə təlimdə iştirak etdi.
Təlimdən sonra Sumqayıt sukanal idarəsinin akt zalında təlimin gedişi barədə geniş müzakirə kecirildi və təlimə qiymət verildi.
Sumqayıt Sukanal idarəsinin rəisi Darvin Hüseynov aktiv iştirakına görə AzQAC Sumqayıt şəhər bölməsinin “Mobil dəstə”sinə öz təşəkkürünü bildirdi.