p1090007

Gənclər üçün növbəti təlim təşkil edildi

Son illər ərzində Azərbaycan Dövlətinin Gənclərin inkişafına yönnəldilən fəaliyyətlər göz qabağındadır. Gənclərin ictimai fəallığı yüksəlmiş, onların idarəetmədəki rolu artmışdır. AzQAC-n Gənclər siyasətinə əsasən   müxtəlif sahələrə dair (Könüllü fəaliyyət, Sağlamlıq, İlk Yardım, Psixi sağlamlıq, Humanitar Yardım, Fövqəladə hallara hazırlıq və cavabvermə,  və s.)  gənclərin bilik və bacarıqlarının artırması, ümumi inkişafı  məqsədilə geniş maarifləndirici tədbirləri davamlı şəkildə həyata keçirir. Belə ki, 5 noyabr 2016-cı il tarixində Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi   Kitabxanasında  gənclər üçün təşkil olunan növbəti təlim  ünsiyyət qurmaq bacarıqlarının öyrənilməsinə həsr edilmişdir.   Təlimdə 15 nəfər (Azərbaycan  Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Tibb Universiteti və Azərbaycan Turizm və Menecment Universitetinin) tələbələri iştirak etmişlər. “Yaşamaq istəyirsənsə, ünsiyyət qurmaq bacarıqlarını öyrən” mövzusuna həsr edilən görüşün əsas məqsədi gənclərə ünsiyyət qurmaq bacarıqlarının əsas məqamları olan unsiyyət problemlərini müəyyən etmək, ünsiyyətin düzgün qurula bilməməməsinin səbəbləri və onların həlli yollarını,  ünsiyyətdə rol oynayan sözlər, jestlər, intonasiya kimi məqamlar barədə məlumatları əldə etmək, ünsiyyət qurmaq bacarıqları öyrənmək idi. Gənclər keçirilən təlimdə mövzu ilə bağlı qruplara bölünür, sərbəst şəkildə tapşırıqlar vasitəsilə ünsiyyət qurmaq bacarıqlarını nümayiş etmişlər. AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova hər bir nümayiş edilən tapşırığı gənclərlə birgə təhlil edərək, düzgün ünsiyyətin qurulmasına dair bilik və bacarıqlarına dair qeydləri səsləndirmişdir. Sonda hər bir iştirakçı onun üçün bu təlimin faydalı olduğunu vurğulayaraq,  başqa mövzulara həsr edilən bu kimi təlimlərdə iştirak etmək arzusunu bildirmişdir.p1080983 p1080988 p1090037

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.