Azərbaycan Qızıl Aypara Cəmiyyəti Lənkəran rayon bölməsi “Qadın zorakılığına və insan alverinə qarşı mübarizə” mövzularında tədbirlərini davam etdirir. 25.11.2016-cı il tarixində bölməmizin əməkdaşları və könüllüləri Lənkəran şəhər 2 saylı tam orta məktəb şagirdləri ilə görüşmüşlər. Tədbirdə şagirdlərə “Insan alverinə qarşı mübarizə” və “Qadın zorakılığına qarşı mübarizə” mövzularında məruzə ilə çıxış edərək, şagirdlərə bu haqqda məlumatlar verilməklə maraqlı diskussiyalar aparmışlar. Mövzular şagirdlərin yüksək maraq dairəsinə səbəb olmuş və aktiv şəkildə iştirak etmişlər.