Fəlakət Riskini Azaltma üzrə Senday Çərçivəsi 15 illik bir müddət üçün bağlanan könüllü bir saziş və ya razılaşmadır. Bu Saziş 2030-cu ilə kimi bütün dünyada fəlakətlərin gətirdiyi insan və iqtisadi itkiləri azaltmaq məqsədi daşıyır. 2015-ci ildə Birləşmiş Millətlərin Baş Assambleyası tərəfindən təsdiq və təqdir olunan Senday Çərçivəsi 10 illik Hyoqo Fəaliyyət Proqramının (2005-2015) hüquqi davamçısıdır.
Senday Çərçivəsi fəlakət riskinin azaldılması işində Dövlətlərin başlıca rol və məsuliyyət daşıdıqlarını qəbul edir. Buna baxmayaraq Senday Çərçivəsi həmçinin vətəndaş cəmiyyəti, yerli hökumət və şəxsi sektor daxil olmaqla digər tərəfdaşların da bu işdə mühüm rol oynamalı olduqlarını qəbul edir. Senday Çərçivəsinin müvəffəqiyyətli icrası müxtəlif təbəqələrdən olan iştirakçıların iştirakı olmadan mümkün deyildir.
Qeyd olunan mövzu ilə bağlı 2016-cı il noyabr ayının 30-dan dekabr ayının 1-ə kimi Gürcüstanın Tbilisi şəhərində “Təhlükəsiz və Möhkəm İcmaların `Qurulması” proqramı çərçivəsində Cənubi Qafqaz və bir sıra Avropa ölkələrinin Milli Cəmiyyətləri, dövlət və QHT-nın iştirakı ilə 2 günlük seminar keçirilmişdir. Bu seminarın məqsədi Hyoqo Çərçivəsi ilə müqayisədə Senday Çərçivəsinin yeni aspektlərini öyrənmək və bu aspektlərin Cənubi Qafqazda olan Fəlakət Riskinin Azaldılması üzrə mütəxəssisləri ilə birlikdə təsirinin nəticələrinin müzakirəsidir.
Senday Çərçivəsinə əsaslanaraq Fəlakət Riskinin Azaldılmasında insanların tələbatlarına cavab verilməsi, insanların ehtiyaclarının ön plana qoyulması əsas məsələlərdən biridir. Bu məsələni irəli qoyaraq seminarın ikinci günündə diqqət mərkəzində əlilliyi olan insanlar və onların hər hansısa bir fövqəladə hallar zamanı üzləşdiyi əziyyətləri olmuşdur. Qeyd edilmişdir ki, onların və onların ailə üzvlərinin hər bir planlaşdırma, təlimatlandırma prosesində əvvəlcədən cəlb olunub iştirak etmələri çox vacibdir.
Seminarda çıxış edən natiqlər Beynəlxalq Federasiyanın Cenevrədəki Baş Qərargahının nümayəndələri, vətəndaş cəmiyyəti təşkilatlarının ekspertləri, regiondakı yerli hökumətlərin və hər üç Cənubi Qafqaz ölkələrinin Milli Cəmiyyətlərinin nümayəndələridir. Seminar Senday Çərçivəsinin ölkələr daxilində tədbiq olunması və bu prosesdə vətəndaş təşkilatlarla qurulacaq və qurulmuş əməkdaşlığın növləri panel müzakirələri zamanı, iş qrupları səviyyəsində açıqlanmış və indiki zamanda olan əməkdaşlıqdan maraqlı misallar verilmişdir.
Tədbirdə Milli Cəmiyyətin Baş Qərargahından, şəhər və yerli bölmələrin və o cümlədən Fövqəladə Hallar Nazirliyi, Xarici İşlər Nazirliyinin Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin əməkdaşları iştirak edirdilər.