foto-8

Qanvermə aksiyası keçirildi

“Azərikimya” İB-də talassemiyalı xəstələr üçün növbəti qanvermə aksiyası keçirilmişdir Dekabrın 6-da SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramı çərçivəsində talassemiyalı xəstələr üçün 2010-cu ildən bəri davamlı olaraq keçirilən növbəti qanvermə aksiyasına start verilmişdir. “Azərikimya” İB-nin dəvəti ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş 12 nəfərlik xüsusi tibb briqadası tərəfindən aparılan və iki gün davam edən qanvermə aksiyasının ilk günündə Birliyin Etilen-polietilen zavodundan könüllü müraciət etmiş 200-ə yaxın kimyaçı müayinə edildikdən və yerindəcə təşkil olunmuş səyyar laboratoriyada yoxlanıldıqdan sonra onların 110 nəfərindən qan götürülmüşdür. Qanvermə aksiyasında “Karbamid” zavodunun əməkdaşları və respublika Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin sədri və bir qrup könüllüsü də iştirak edərək xəstə uşaqlara qan bağışlamışdılar.foto-12 foto-78 foto-104 foto-116 foto-132 foto-145

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.