8 dekabr 2016-cı il tarixində Beynəlxalq Miqrasiya Təşkilatının Bakı ofisində Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə olaraq respublika üzrə orta və ali təhsil müəssisələrində “İnsan Alverinə Qarşı Mübarizə” mövzusunda keçirilmiş tədbirlərin qiymətləndirməsi və gələcəkdə görülməsi nəzərdə tutulan işlər haqqında yekun görüş keçirildi. Görüşdə AzQAC-ın Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov, BMT-nin kənar qiymətləndirmə üzrə eksperti xanım Hanna Antanova, Sumqayıt Regional Mərkəzin Koordinatoru Mətanət Məhərrəmova və Bakı Regional Mərkəzinə daxil olan rayon bölmə sədrləri iştirak etmişlər.