Azərbaycan Qızıl Aypara Cəmiyyəti yerli hökumət və qeyri-hökumət qurumları, sosial işin tədris edildiyi universitetlərlə birgə fəaliyyətləri həyata keçirir. AzQAC-in belə əməkdaşlıq etdiyi təşkilatlardan biri “Azərbaycan Sosial İş İctima Birliyi”dir.
2016-cı il 13 dekabr tarixində Azərbaycan Sosial İş İctimai Birliyi tərəfindən “Azərbaycanda sosial işin və sosial xidmətlərin inkişafı istiqamətində yerli tərəfdaşlığın gücləndirilməsi” mövzusunda Dəyirmi Masa təşkil olunmuşdur. Dəyirmi Masa müzakirəsində sosial xidmət təşkil edən QHT-lərin, sosial iş üzrə tədris aparan universitetlərin və bu sahənin inkişafı üçün fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən Hilfsverk Avsriya İnternational beynəlxalq təşkilatının Cənubi Qafqaz üzrə regional meneceri Nikol Bauer və sosial iş üzrə beynəlxalq ekspert Robert Kroiss də iştirak etmişlər. AzQAC-ni “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova təmsil etmişdir. O, sosial iş üzrə təhsil alan tələbələrin AzQAC-də təcrübə keçdikləri barədə məlumat təqdim etmişdir. Bununla yanaşı, tədbir iştirakçıları öz təşkilatları tərəfindən sosial iş sahəsində həyata keçirilən fəaliyyətlər barədə qısa məlumatlarla çıxış etmişlər. Eyni zamanda iştirakçılar Azərbaycanda sosial iş ixtisası ilə bağlı hələ də boşluqların olmasını, xüsusi ilə sosial işlə bağlı mütəxəssislərin işlə təmin edilməsi, təhsil proqramlarında təcrübəyə kifayyət qədər yer ayrılmaması və s. məsələlər ətrafında müzakirələr etmiş, dəyərli tövsiyyələr irəli sürmüşlər. Sonda sosial iş tədris edilən universitetlərin və Sosial İş İctimai Birliyinin nümayəndələri arasında sosial iş peşəsinin təbliği və tanınması istiqamətində mümkün əməkdaşlıq yollarını müzakirə etmiş və bu sahədə fəaliyyət göstərən QHT-l rin (təşkilatlar) şəbəkəsinin yaradılması qərarına gəlmişlər.