p1090152

AzQAC-in könüllü qan donorları qanvermədə iştirak etdilər

Son zamanlar geniş şəkildə müşahidə edilən hər bir müəssisədə qanvermə aksiyasının keçirilməsi Azərbaycanda kütləvi təmənnasız qan donorluğun inkişafı üzrə Dövlət Proqramına kömək etmək imkanıdır. Milli Proqramın həyata keçirilməsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi əsas təşkilatçısıdır.  Qeyd etmək lazımdır ki, 2013-ci ildən başlayaraq, Səhiyyə Nazirliyi tərəfindən  tibb müəssisələrdə qanvermə aksiyalarının həyata keçirilməsi qrafika əsasən aparılır. Eyni zamanda qanvermə aksiyası – kollektivin işçilərinin sağlamlığını müntəzəm olaraq yoxlanmasına da imkan yaradır.

Proqramın vəzifələrindən biri – müəssisələrdə kollektiv donorluğun bərpası,  təmənnasız könüllü qan donorluğunun inkişaf etdirilməsidir.  Ölkədə müəssisələrdə təşkil  edilən qanvermə aksiyalarında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Region Mərkəzləri və Rayon Bölmələrinin mütəmadi könüllü qan donorları (işçi heyyəti daxil olmaqla) cəlb edilir, qan verirlər.

Belə ki 22 dekabr tarixində  Ak. Mirqasımov adına Respublika Xəstəxanasında qanvermə aksiyası təşkil olunmuşdur.  Aksiyaya AzQAC-in Bakı Regional Mərkəzinin təşkilatçılığı Cəmiyyətin bir çox Rayon Bölmələrinin (Sabunçu, Qaradağ, Xətai, Səbail, Nizami və s.) könüllü mütəmadi qan donorları cəlb olumuş,  xəstəxananın  işçiləri ilə yanaşı qan vermişlər. Xəstəxananın hematologiya şöbəsinin və  Ə.Əliyev adına Az.Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun hematologiya kafedrasının müdiri, eyni zamanda şöbədə fəaliyyət göstərən  Hemofiliya Mərkəzinin rəhbəri  Elmira Qədimova və digər tibb işçiləri AzQAC-in könüllü mütəmadi qan donorlara bu aksiyada iştirak etdiklərinə  görə təşəkkür edib, xatirə şəkili çəkmişlər.

Aksiya zamanı tədarük olunan qan və qandan hazırlanan preparatlar xəstəxanada  qana ehtiyacı olan xəstələrin  müalicəsində istifadə olunacaqdır.  Aksiyada ümumilikdə 200 nəfərdən artıq insan  qan vermişdir.p1090135 p1090143 p1090153p1090133 p1090150

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.