Azərbaycan Qızıl Aypara Cəmiyyəti Tərtər rayon bölməsi 07.01.2017-ci il tarixdən Tərtər rayonunda imkansız ailələrə kömək məqsədilə aksiya təşkil edərək 23 yanvar 2017-ci il tarixdə Tərtər rayon təmas xəttində yerləşən Həsənqaya kəndində məskunlaşan əhalinin bir qismini geyim əşyaları ilə təmin etdilər.Bu aksiya kənd camaatı və şagirdlərin böyük sevincinə səbəb olmuşdur. Aksiya davam edir.Növbəti kəndlər Şıxarx və digər təmas xəttində yerləşən kəndlərdir.