2012-ci ildən başlayaraq bu günkü günə kimi Avstriya İnkişaf Agentliyi (ADA) və Avstriya Qızıl Xaç Cəmiyyətinin Maliyyə və Texniki dəstəyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Respublikanın İsmayıllı və Qusar rayonlarında “Təhlükəsiz və möhkəm icmaların qurulması” adlı layihə həyata keçirilir. Layihənin məqsədi Azərbaycanın nəzərdə tutulan ucqar kənd və şəhər icmalarının əhalisinin təbii fəlakətlərə davamlı səviyyədə hazırlığının gücləndirilməsi və risklərin azaldılması. Layihə çərçivəsində həm icma qrupları həm də AzQAC işçi heyyəti və könüllülər arasında müxtəlif tədbirlər, təlimatlar, seminarlar, dairmi masalar, görüşlər, kiçik bərpa layihələri təşkil edilmişdir.
Təlimatların və seminarların əsas məqsədi bilik və bacarıqların artırılması və təzələnməsidir. Bu təlimatlar silsiləsində AzQAC Sumqayıt RM-də mart ayının 6-da Təbii Fəlakətlər zamanı Risklərin Azaldılması və İqlimin dəyişilməsi mövzularında cəmiyyətin Baş Qərarqahının program rəhbərləri, Sumqayıt RM-nin Kordinatoru, Qusar və İsmayıllı RK-nin sədrləri və sədr müavinləri və könüllülərinin iştirakı ilə növbəti təlimat həyata keçirilmişdir.
Tədbirin keçirilməsindən əvvəl AzQAC Baş Qərarqahı səviyyəsində “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsinin komandasi (layihənin kordinatoru, layihənin kordinatorunun asistenti və layihənin rəhbəri) bir sıra proqram rəhbərləri (Gənclər və Könüllülər, Regional Mərkəzlər və Rayon Komitələri üzrə iş, Komunikasiya, İctimayyətlə Əlaqələr, Təchizat, Psixoloji dəstək, Humanitar Yardım) ilə görüş təyin etmişdir. Görüşün əsas məqsədi təlimata hazırlıq işlərinin aparılması, günün, tədbirin aparıldığı yerin və iştirakçıların müəyyənləşdirilməsi, təlimat aparıcıları arasında çıxış üçün nəzərdə tutulan mövzuların bölüşməsidir. Əsas müzakirə istiqaməti Təbii fəlakətlər zamanı Risklərin Azaldılması və İqlimin Dəyişilməsi sahələrində potensialın qurulması, adaptasiya və AzQAC proqramlarının rolunun müəyyənləşdirilməsidir.
Beləliklə planlaşdırıldığı kimi, mart ayının 6-da AzQAC Sumqayıt RM-də Təbii fəlakətlər zamanı Risklərin Azaldılması və İqlimin Dəyişilməsi sahələrində potensialın qurulması, adaptasiya və AzQAC proqramlarının rolunun müəyyənləşdirilməsinə dair təlimat həyata keçirildi. Sumqayıt RM-nin Kordinatoru Mətanət Məhərrəmova iştirakçıları salamlayaraq onlara aparılan təlimatda uğurlar və belə bir səpkidə keçirilən tədbirlərin mütəmadi olaraq keçirilməsini arzuladı. Layihənin Kordinatoru Elşən Səlimzadə iştirakçılara müraciət edərək və mövzulara əsaslanaraq tədbirin istiqamətini müəyyənləşdirdi. AzQAC program rəhbərləri- təlimat aparıcıları, öz çıxışlarında potensialın qurulmasında AzQAC-nin bir sıra aparıcı sahələrin rolunun, mövcud olan imkanların (struktur, müvafiq sənədlər, gənclər və könüllülər güvvəsi, düzgün təşkilatçılıq və humanitar fəaliyyət, təchizat sisteminin təkmilləşməsi, tərəfdaşlarla qurulmuş münasibətlər, məlumatlandırma, düzgün komunikasiya, şəbəkənin olması, psixoloji durum) şərhinin və olanların gücləndirilməsinin vacibliyini qeyd etdilər.
İştirakçılar fəallıqla müzakirələrə qoşularaq mövzulara dair öz fikirlərini bildirib lazımı təkliflər verdilər. Tədbir prezentasiyaların nümayişi ilə müşahidə olundu.