Hər il dünyada 7 Aprel tarixində Ümumdünya Sağlamlıq Günü qeyd edilir. 2017-ci ildə Ümümdünya Səhiyyə Təşkilatı 7 Aprel Ümumdünya Sağlamlıq Gününü “Depressiya. Gəl danışaq” şüarı altında depressiya ilə yaşayan insanlara dəstəyin verilməsinə və damğalanma ilə mübarizə kimi məsələlərə içtimayyətin diqqətini cəlb edir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumatlara əsasən, dünyada 300 mln. insan depressiya vəziyyətində yaşayır, bu da 2005-dən 2015-dək 18% dan çox artmasını göstərir. Depressiya sağlamlıq durumuna mənfi təsir göstərən və əlilliyə, bununla da xəstəliklərin qlobal çoxalmasına gətirib çıxaran əsas səbəb kimi müəyyən edilmişdir. Qadınlar kişilərdən daha çox depressiyaya məruz qalırlar. Ən xoşa gəlməyən halda depressiya intihara gətirir. Depressiyanın effektiv müalicə üsülları mövcuddur.
AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində hər il olduğu kimi bu günə həsr edilən maarifləndirici tədbirlər təşkil edilmişdir. Belə ki, aprel ayının 7-də UNCHR “Qadın və gənclər” Mərkəzində miqrantlara, aprel ayının 8-də isə Sabunçu Rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Asudə Vaxt” Mərkəzində Tibb kurslarının oxucularına tərəfindən “Depressiya. Gəl danışaq” mövzusunda seminarlar təşkil olunmuşdur. Hər iki seminarda 52 nəfər iştirak etmişlər. AzQAC-nin “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova seminar iştirakçılarına Ümumdünya Səhiyyə Təşkilatının depressiyaya dair məlumatları prezentasiya şəklində təqdim etmiş, iştirakçılarda yaranan sualları cavablandırmışdır. Seminar iştirakçıları gələcəkdə onlar üçün psixoloq mütəxəssis tərəfindən psixoloji məsləhətlərin təşkil olunmasını arzulamışlar.