Aprel ayının 10-da TB-REP (Şərqi Avropa və Mərkəzi Asiya Regionu üzrə Vərəm proqramı) layihəsi çərçivəsində “Azərbaycanda pasiyent-yönümlü vərəmin müalicəsinə keçid nailiyyətlər və çətinliklər” adlı konfrans təşkil olunmuşdur. Bir sırayerli və beynəlxalq təşkilatların dəstəyi ilə baş tutan konfransda dövlət (Səhiyyə və, Ədliyyə Nazirlikləri) və Azərbaycanda Vərəmlə Mübarizə üzrə QHT Koalisiyasının üzvləri (Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu Koalisiyanın üzvüdür) olan təşkilatların nümayyəndələri iştirak etmişlər.
Konfransda vərəmlə bağlı stiqmanın necə aradan qaldırılması, TB-REP layihəsiçərçivəsində Azərbaycanda əhalinin maarifləndirilməsi məqsədilə vərəmlə bağlı keçirilən aksiya və hazırlanan videoçarx, “Azərbaycan Respublikasında Vərəm xəstəliyinə dair Bilik, Münasibər və Davranışın öyrənilməsi və səhiyy xidmətlərinin ambulator modelinə keçidi ilə bağlı maneə və ehtiyacların müəyyən edilməsinə dair Milli Sorğu Araşdırılması”nın nəticələri, vərəmlə bağlı olan real vəziyyət haqqında geniş məlumatlar təqdim olunmuşdur. Bununla yanaşı, dünyada vərəm xəstəliyi və onunla mübarizə proqramları barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayyəndəliyinin əməkdaşı çıxış etmişdir.
AzQAC tərəfindən “İcmaya əsaslanan sağlamlıq” proqramın kordinatoru Mətanət Qaraxanova, miqrasiya şöbəsinin əməkdaşı, azərbaycan dili müəllimi Sona Hacıyeva və Yasamal Rayon Bölməsinin sədri Şahin Hüseynov iştirak etmişlər. Vərəm sahəsində böyük təcrübəyə malik olan Sona Hacıyeva vərəm sahəsində həyata keçirilən fəaliyyətlər haqqında çıxış etdi.