Aprel ayının 21-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Baş Qərargahında cəbhə xətti bölgələrində yerləşən yerli bölmələrinin sədrləri ilə (Ağdam, Fizuli, Tovuz, Aqstafa, Qazax, Gədəbəy, Goranboy, Bərdə) görüş keçirildi. Görüşün əsas məqsədi yerlərdə qurulmuş təşkilatçılıq və əməkdaşlıq məsələlərini müzakirə etməkdir.
Toxunulan məsələlər yerlərdə işlərin fəal qurulması, İcra Hakimiyyəti dairələri və kənd bələdiyyələri ilə əməkdaşlığın gücləndirilməsi, müxtəlif bilik və bacarıqlara malik olan könüllü dəstələrin yaradılmasını daxil edirdı.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarə rəisi, vitse president Əziz Qocayev Cəmiyyətin rəhbərliyi adından iştirakçıları salamlayaraq onlara bu görüşün vacib olduğunu qeyd etdi və hamısını fəal iştirak etməyə çağırdı. Məlum haldır ki, cəbhə xətti bölgələrdə işin aparılması asand bir məsələ deyil, lakin həmişə olduğu kimi həm rəhbərlik və həm də katiblik tərəfindən lazımı dəstək verilir. Vurğulandı ki, yerli İcra Hakimiyyəti dairələri və kənd bələdiyyələri ilə əməkdaşlığın gücləndirilməsi, bölmələr və hətta kəndlər səviyyəsində müxtəlif bilik və bacarıqlara malik olan könüllü dəstələrin yaradılması işlərin daha səmərəli getməsi üçün vacib amillərdən biridir. AzQAC-ti və onun apardığı fəaliyyətinə toxunmaqla yanaşı Qızıl Xaç Qızıl Aypara Hərəkatı daxilində olan əsas partnyormuz Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyini xüsusi olaraq qeyd etmək lazımdır.
Görüşdə iştirak edən AzQAC İcraçı Katibi Jeyhun Mirzəyev iştirakçılara xatırlatdı ki, neçə illərdir ki, BQXK-nin maliyyə və texniki dəstəyi ilə müxtəlif layihələr həyata keçirilir və bu layihələrin əsas məqsədi bölgələrdə yaşayan əhaliyə köməyin göstərilməsidir. Bu işdə AzQAC-i ilə six əməkdaşlıq qurulub və davam etməkdədir. Yaranılan hər bir məsələlər üzrə təşkilatlar arası olan münasibətlərə əsasən müvafiq köməklik və məsləhətlər vaxtı vaxtında göstərilir.
Yuxarıda qeyd olunan məsələləri nəzərə alaraq hər bir bölmə sədrləri tərəfindən müvafiq məlumatlar təqdim olundu. Demək olar ki, bütün cəbhə xətti bölgələrində yerləşən yerli bölmələrin sədrləri tərəfindən həm BQXK-si, həm də İcra Hakimiyyəti dairələri və kənd bələdiyyələri ilə əməkdaşlıq münasibətləri qurulub, yerlərdə könüllü quvvəsi mövcuddur.
AzQAC İcraçı Katibin müavini Səbinə Məhbubi-İran bölmə sədrlərinə müraciət edərək könüllülərə dair məlumatların cədvəl formasında hazırlayıb yaxın bir zamanda Baş Qərargaha göndərilməsini bildirdi. Bu məlumatların mərkəzləşdirilmiş formada toplanılması üçün vacibdir.
Görüşün sonunda tədbir iştirakçılarına gələcək işlərində uğurlar arzulandı.