unnamed (7)

Miqrantlara humanitar aksiya təşkil edil

9 May Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü ilə əlaqədar may ayının 9-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Miqrasiya və Sağlamlıq və qayğı şöbələrinin təşkilatçılığı ilə günün “Hər yerdə, hərkəs üçün”şüarı altında Əfqanıstan, Suriya, Pakistan və Ukrayna ölkələrindən Azərbaycanda məskünlaşan 15 nəfər miqrant humanitar aksiya – tibbi baxış və müayinələr təşkil edilmişdir.  Tibbi müayinələr Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sıx əməkdaşlıq etdiyi Bakıda fəaliyyət göstərən İran Qızıl Aypara Cəmiyyətinin Klinikasında təşkil edilmişdir. Klinikanın baş həkimi Bəhmən Söbhaninin şəxsi təşəbbüsü və iştirakı  ilə keçirilən aksiyada 13 qadın, 1 nəfər kişi, 3 nəfər uşağa baxılmış və  tibbi  müayinələr (qanın və sidiyin ümumi müayinələri, Ultrasəs müayinəsi, oftalmoloq, terapevt mütəxəssislərin baxışı) olunmuşdur. Bir neçə nəfər yerindəcə pulsuz lazımı dərman preparatlarla təmin edilmişlər. Aksiyada iştirak edən Əfqan icmasının nümayəndələri doktor Bəhmən Söbhani, AzQAC-in əməkdaşları olan miqrasiya şöbəsinin müdiri Məmməd Kətanova və “İcmaya əsaslanan sağlamlıq” proqramın kordinatoru Mətanət Qaraxanovaya və Azərbaycan dili müəllimi Sona Hacıyevaya  aksiyanı təşkil etdiklərinə görə dərin minnətdarlığını bildirmişlər.unnamed (1) unnamed (2) unnamed (3) unnamed (4) unnamed (5) unnamed (6) unnamed (8) unnamed

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.