8 May Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü ilə əlaqədar Cəmiyyətin Regional Mərkəzləri və Rayon Bölmələrin işçi heyyəti və könüllüləri vasitərilə bir sıra təşkilat və təhsil ocaqlarında geniş təbliğat yönümlü tədbirlər həyata keçirilir. Belə ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sabunçu Rayon Bölməsi tərəfindən may ayının 10-da Bakıxanov qəsəbəsində yerləşən 213 saylı tam orta məktəbinin 3-4 sinif şagirdləri üçün seminar təşkil olunmuşdur. Seminarda iştirak edən 40 nəfər şagird və müəllim heyyətinə Beynəlxalq Qızıl Xaç/Aypara Hərəkatının yaranma tarixi, Hərəkata daxil olan təşkilatlar, Fundamental prinsiplər haqqında geniş məlumatlar təqdim edilmişdir. Şagirdlərə “Bir ideyanın tarixi” adlı film nümayiş edildi və kitablar paylanıldı. Filmdən sonra uşaqlar öz təsuratları ilə bölüşdülər. Sual-cavab formatında keçən tədbirdə fəal şagirdlərə isə kiçik hədiyyələr təqdim olundu.