Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər şöbəsinin 2016-2020-ci il strateji planının əsas məqsədi Gənclər və Könüllülərin idarəetmə sisteminin inkişaf etdirilməsi və bununla da sosial cəhətdən zəif müdafiə olunan və qayğıya ehtiyacı olan əhaliyə könüllü xidmətin səmərəliyinin artırılmasından ibarətdir.
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.
Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Uşaqlar Azərbaycanda əhalinin təxminən 30 faizini təşkil edir.
Bununla əlaqədar olaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər Komitəsi, Gənclər və könüllülər şöbəsi və AzQAC Binəqədi rayon bölməsinin birgə təşkilatçılığı ilə 1 iyun 2017-cı il tarixində Bakı şəhəri Biləçəri qəsəbəsində yerləşən 298 saylı uşaq bağçasında və aztəminatlı ailələrdən olan 120 nəfər uşaqlar üçün bayram tədbiri keçirildi/
Tədbir . Bayram əhval –ruhiyyəsi ilə bəzədilən bağçanın həyətində keçirildi. Tədbiri giriş sözü ilə AzQAC-ın İcraçı Katibin müavini və Gənclər və Könüllülər şöbəsinin müdiri Xalidə xanım İsgəndərova açaraq, belə gözəl bayram şənliyini keçirmək üçün şərayit yaratdığı üçün bağçanın rəhbərliyinə öz dərin təşəkkürünü bildirdi. Daha sonra bu gül balaları bayram münasibəti ilə təbrik etmiş, onlara can sağlığı arzulamışdır.
Sonra Uşaqlar klounlarla bolluca əyləndilər, intellektual oyunlar keçirtdilər, bildikləri şeir və mahnılarla tədbirə rəng qatdılar, rəqs edib bolluca şənləndilər. Bu da onların böyük sevincinə səbəb oldu. Daha sonra isə Qızıl Aypara Cəmiyyətinin maliyyə imkanları hesabına alınan hədiyyələr uşaqlara təqdim edildi.
Sonda tədbirdə iştirak edən bağçanın direktoru və müəllimləri tədbirin ərsəyə gəlməsində Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinə, əməkdaşlarına və könüllülərinə, keçirdikləri bu tədbir üçün öz təşəkkürlərini bildirdilər. Biz də Cəmiyyət olaraq bütün dünya uşaqlarını bu bayram münasibətilə təbrik edir, onlara can sağlığı arzu edirik.