Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar olaraq fiziki cəhətdən qüsurlu uşaqlar üçün tədbir təşkil olunmuşdur. Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov uşaqları bu gün münasibətilə təbrik edərək bildirdi ki, ölkəmizdə uşaqlara xüsusi məhəbbət, diqqət və qayğı vardır. Dövlətimizin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar onların taleyində əhəmiyyətli rol oynadığına zəmanət verir. Keçirilən bayram şənliyi iştirak edən uşaqların , onların müəllim və valideynlərinin çox böyük razılıqlarına səbəb olmuşdur. Tədbir incəsənət ustalarının çıxışları ilə davam etmiş, uşaqlar rəqslər edərək əylənmiş, uşaqlara hədiyyələr təqdim edilmişdir.Tədbirdə AzQAC-nin Nəsimi rayon bölməsinin əməkdaşları iştirak edirdi.