Hər il dünyada 14 İyun Ümumdünya Qan Donor Günü qeyd edilir. 2017-ci ildə bu günlə bağlı tədbirlər fövqəladə hallar zamanı qan donorluğuna həsr edilir və “Fəlakətin olmasını gözləməyin. Siz nə edə bilərsiz? Qan verin. Onu indi verin. Onu mütəmadi verin.” şüarı altında keçirilir.
2005-ci ildən etibarən ( 2005-ci ilin May ayında Cenevrə şəh. 58-ci Ümumdünya Səhiyyə Assambleyasında Qətnamə qəbul edilmişdir. Bu qətnamədə hər il 14 İyun (Karl Landşteynerın doğum günü 14 iyun 1868 il, Ümumdünya Qan Donor Günü kimi qeyd etmək qərarı alınmışdır) dünyada ÜST tərəfindən hər il 14 İyun Qan donor günü kimi qeyd olunması tövsiyyə olunur. Bu ildə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən fövqəladə hallar zamanı qan donorluğuna həsr edilən tədbirlərdə, bir daha insanlara fəlakərlər zamanı donor qanına ehtiyac olması baxımından dinc şəraitdə olarkən, qan vermək tövsiyyə edilir. Bu günə həsr edilən tədbirlərdə bir daha mütəmadi qan donorların, qan ehtiyatların toplanması və fövqəladə hallar zamanı istifadə edilməsində əhəmiyyətli və vacib olduğu vurğulanmalıdır.
AzQAC ənənəvi olaraq, bu ildə də “14 iyun – Ümumdünya Qan Donor Günü”nü qeyd etdi. Belə ki, könüllü mütəmadi qan donorlarının inkişaf etməsi baxımından, iyun ayının 12-də AzQAC-in Sabunçu Rayon Bölməsinin təşkilatçılığı ilə 107 saylı məktəbdə aşağı sinif şagirdləri üşün “Qan damlasının səyahəti” adlı seminar keçirildi. Seminar Cəmiyyətin “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində təşkil olunmuşdur. Şagirdlərə qanın tərkib hissəsi və onun əhəmiyyəti, qan donorluğu, qan xəstəlikləri barədə geniş məlumatlar prezentasiya şəklində çatdırıldı, AzQAC-in məktəblilər üçün “Qan damlasının səyahəti” adlı kitabça paylanıldı.
14 iyun tarixində B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya Institutunda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndələri, İnstitutun rəhbərliyi, Mərkəzi Qan Bankının rəhbərliyi mətbuat nümayəndələrinin iştirakı ilə konfrans təşkil olunmuşdur. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova və Sumqayıt Regional Mərkəzinin kordinatoru, Sumqayır şəhər Bölməsinin sədri, mütəmadi könüllü qan donoru Mətanət Məhərrəmova konfransda iştirak etmiş, Cəmiyyətin qan donorluq sahəsində həyata keçirilən fəaliyyətləri barədə çıxış etmişlər.
Həmin gündə Cəmiyyətin bir qrup nümayyəndələri uzun illər ərzində qan donoru olub, yüzlərlə insanların həyatını xilas edən Tairə Əkbərovaya baş çəkmişlər. Səmimi şəraitdə keçən bu görüşdə Tairə xanım bir daha AzQAC-in qan donorluğunun inkişafında həyata keçirdiyi günləri xatırladı