23.06.2017 –ci il tarixində Suraxanı rayon bölməsi Ramazan bayramı münasibəti ilə qeydiyyatında olan 50 nəfər tənha,kimsəsiz qocalara,aztəminatlı ailələrə,əlillərə ərzaq yardımı payladı.Suraxanı rayon bölməsinin sədri Turan xanım Hüseynova çıxış edərək tədbir iştirakçılarını Ramazan bayramı münasibəti ilə təbrik edib, onlara uzun ömür,can sağlığı arzulayıb.Yardım alanlar da onlara göstərilən qayğıya,mehriban münasibətə görə AzQAC-nin Suraxanı rayon bölməsinin əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.