Bu il Ramazan ayında,bir necə xeyirxah idarə və müəssisələr,xeyriyyəci insanlar birlik nümayiş etdirərək iftar süfrələri acmış, qeydiyyatımızda olan ehtiyaclı ahıllara sevindirmişdilər.Belə ki, ay ərzində “Azərikimya” İstehsalat Birliyi əvvəlki illərdə olduğu kimi bu il də oruc tutan, namaz qılan, Allah-taalanın buyurduğu qayda-qanunlara əməl edən insanların yanında olmuş, davamlı olaraq şəhərin bir sıra xeyir –şər evlərində, o cümlədən 8, 9, 11 və 13-cü mikrorayonlarda iftar süfrələri təşkil etməklə onlara mənəvi dəstək olduqlarını nümayiş etdirmişdir. Bundan əlavə Azərikimya İB-yi Ramazan bayramında 40 nəfər daha ehtiyaclı ahıllarımızı bayram sovqatı ilə də sevindirmişdilər.”Qayalı”Mərasim evi 30 nəfər ahillarımızı iftar süfrəsinə dəvət etmiş və sonda onlara ərzaq baglamaları təqdim
etmişdilər.
Adının hallanmasını istəməyən bir necə xeyriyyəcilərimiz də hər il olduğu kimi bu il də bu Müqəddəs ayda ehtiyaclı ahıllarımızı sevindirmiş,onların iftar süfrələrini boş qoymamışdılar.Belə ki,70 nəfərə həm ərzaq baglaması və həm qurban əti,53 nəfərə 10 adda ərzaq baglaması,20 nəfərə isə qurban əti ilə onların kövrək qəlblərini ovundurmuşdular. Ümumilikdə 213 nəfərə Ramazan bayramında ərzaq sovqatı verilmişdi. Həmrəylik,birlik,məxfirət ayı olan on bir ayın sultanı Ramazan ayında ehtiyaclı insanlarla bölüşən sadaladığım idarə və təşkilat rəhbərlərinə,xeyriyyəci insanlara bölməmiz və öz adımdan dərin minnətdarlıgımı bildirir
Bütün bu tədbirlərin ərsəyə gəlməsində cəmiyyətimizin sütunu olan könüllülərin fəaliyyəti danılmazdı.İftar süfrələrinin acılmasında,qulluq edilməsində,evlərdə yataq xəstələrinə yardımların paylanılmasında ümumiyyətlə əməyi kecən bütün könüllülərimizə canı könüldən təşəkkürlərimi bildirir,ən xoş arzularımı onlara catdırıram.