Miqrasiya social-iqtisadi həyatın bir çox tərəflərinə toxunan mürəkkəb ictimai prosesdir və ümumən, müsbət xarakter daşıyır. Artıq 2000-ci ildən Azərbaycana da miqrant axını başlayıb. Azərbaycanın dünya iqtisadiyyatının bir parçası olduğunu qeyd edən prezident İlham Əliyev demişdir: “Azərbaycan xalqı qonaqpərvər xalqdır, ölkəmizdə aparılan quruculuq və abadlıq işləri, iqtisadiyyatdakı inkişaf miqrantları bizim ölkəyə cəlb edir.”
Respublikamızda miqrasiya sahəsində dövlət siyasəti uğurla həyata keçirilir və digər cavabdeh qurumlarla bahəm ölkənin beynəlxalq aləmdə tanınmasına və inkişafına öz töhfələrini verən Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) də daimi olaraq qaçqın və məcburi köçkünlərlə iş aparır və onlara mütəmadi olaraq müvafiq humanitar yardımlar edir.
2011-ci ildə İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının 31-ci Beynəlxalq Konfransında imzalanmış (Azərbaycan Dövləti adından AzQAC) 3 saylı qətnamədən irəli gələn vəzifələrdən biri olaraq sosial inteqrasiyaya dəstək kimi, Cəmiyyətin prezidenti , Millət vəkili Novruz Aslanovun təşəbbüsü ilə artıq 4-cü ildir ki, əcnəbi miqrantlara HAYAT Beynəlxalq təşkilatının Qaçqın Qadın və Gənclər Mərkəzində (QQGM) təmənnasız Azərbaycan dili kursunu təşkil etmişdir. Kurs daimidir və il ərzində müraciətlər qəbul olunur. Kursa hər tədris ili ərzində xeyli sayda müdavim qatılmış və ilin sonunda 32-35 miqranta müntəzəm davamiyyət və yaxşı göstəriciyə görə 9 aylıq kursun şəhadətnaməsi verilmişdir. Miqrasiya şöbəsinin təhsil üzrə əməkdaşı Sona Hacıyeva tərəfindən bu kurs daha iki ay məktəbə hazırlıq yönümündə davam etdirilir və bunun nəticəsində bu il 19 nəfər miqrant uşağı yüksək sınaq göstəricisi ilə Bakı şəhərindəki məktəblərin müvafiq siniflərinə və 8 nəfər isə yüksək göstərici ilə ölkənin universitetlərinə magiatr təhsili üçün qəbul olunmuşlar.
AzQAC Miqrasiya şöbəsi sorğu vərəqələrinin nəticələrinə müvafiq olaraq bu il də öz layihəsinin davamı kimi oktyabr ayının 3-də müqrantlar üçün Qaçqın Qadın və Gənclr Mərkəzində təmənnasız Azərbaycan dili kursunun 5-ci tədris ilinin açılışını etdi. Açılışı giriş sözü ilə QQGM-in meneceri Rəvanə Həşimova edərək qonaqları, miqrantları və icma liderlərini salamladı. Sonra Miqrasiya şöbəsinin təhsil üzrə əməkdaşı Sona Hacıyeva qonaqların təqdimatı ilə başlayaraq kursun AzQAC prezidenti Novruz Aslanın şəxsi təşəbbüsüilə açıldığına diqqəti çəkərək kursa davamiyyət və nəticələr barədə danışdı. O, əlavə iki aylıq yay dərslərini və qazanılan uğurları da iştirakçıların diqqətinə çatdırdı. Açılışda AzQAC Miqrasiya şöbəsinin müdiri, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvü Məmməd Kətanov çıxışında Cəmiyyətin prezidenti Novruz Aslanovun salamlarını tədbir iştirakçılarına çatdırdı və dedi ki, bu kurs miqrantların cəmiyyətə inteqrasiyasında mühüm rol oynyır və müdavimlərə hər il Sertifikat və humanitar yardımlarlar verilir. Gələcəkdə də cəmiyyət bu yönümdə daha uğurlu addımlar atmağı, digər şöbələrlə müştərək seminar və görüşlər keçirməyi planlaşdırır.Tədbirdə BMT QAK-ın Miqrantlar üçün Prroqramlar şpbəsinin müdir müavini Nərminə Osmanlı, Hayat təşkilatının sədri Azər Allahverənov vəd, Layihə koordinatoru Mətanət Qaraxanova a çıxış edərək dərslərin çox mütəşəkkil aparıldığını, miqrantların Azəri dilinə böyük həvəs göstərdiklərini qeyd edərək müəlliməyə təşəkkür etdilər və müdavimlərə sertifikatlar təqdim edildi. Müəllimə Sona Hacıyeva müdavimlərin yeni kurs ili üçün qeydiyyatını apararaq Azərbaycan, onun tarixi,coğrafiyası və AzQAC-ın ölkədəki yeri və fəaliyyəti haqqında məlumat verərək, ilk tanışlıq dərsinə başladı. Dərsdə ilkin olaraq 24 müdavim iştirak etdi və onlara dərs ləvazimatı paylandı və onlar şirniyyat süfrəsinə dəvət olundular.
Tədbirdə AzQAC Regional Mərkəz və yerli bölmələrlə iş şöbəsinin müdiri Ağayar Hüseynov, ofisin digər işçiləri və icma liderləri də iştirak edirdi.