Bu ilin mövzusu ” iş yerlərində psixi sağlamlığın qorunması”. Psixi sağlamlıq insanın öz qabiliyyətlərini reallaşdıra bildiyi, adi həyat streslərinin öhdəsindən gəldiyi əmin-amanlıq vəziyyətidir. İnsanın psixi sağlamlıq səviyyəsi bir çox sosial, psixoloji və bioloji amillərdən asılı olur. Bu gündə bütün dünyada psixi xəstəliklər haqqında açıq diskussiya aparılır ki, bu da psixi sağlamlığın qorunmasının inkişafına və psixi xəstəliklərin profilaktikasının mükəmməlləşməsinə yönəldirilir.
Hər il olduğu kimi məhz bu günü 1 nömrəli Respublika Psixiatriya xəstəxanasında xəstələr və işçılər ilə birgə keçirməsində özümüzə borc bildik.