IMG_2428

Beynəlxalq Əlaqələrimiz möhkəm Humanitar Fəaliyyətlərimiz davamlıdır

11 Oktyabr 2017 ci ildə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qazax rayonunda həyata keçirdiyi layıhələr çərçivəsində Türkiyənin Azərbaycandakı baş konsulu Orhan İşıq və Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskas Qazax rayonunda olublar. Qonaqlar Qazax rayon İcra Hakimiyyəti Başçısı Aparatında çox səmimi qarşılanıb.

Qeyd edib ki, həm Daş Salahlı kəndindəki Təhlükəsiz Oyun Meydançası, həm də Abbasbəyli kəndində tikilmiş tibb məntəqəsi xeyirxah məqsədə xidmət edir. Bu, eyni zamanda dövlətlərimiz arasında mövcud olan dostluq münasibətinin əyani sübutudur. Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskas çıxış edərək rayon rəhbərliyinə və Qızıl Aypara Cəmiyyətinə bu layihənin həyata keçirilməsi üçün yaratdıqları şəraitə görə minnətdarlığını bildirib. Ümid edirəm ki, bu əlaqələrimiz daha da genişlənəcəkdir” – deyə səfir bildirib.Qızıl Aypara Cəmiyyətinin İcraçı katibi Ceyhun Mirzəyev çıxış edərək ,görüş iştirakçılarına  Cəmiyyətin prezidenti, Millət Vəkili Novruz Aslanovun salamlarını və arzularını çatdırmışdır. Azərbaycanın Qızıl Aypara və Türkiyənin “Türkkızılayı” cəmiyyətlərinin bir-biri ilə tarixi bağlılığı, Litvanın ölkəmizdə fəaliyyət göstərən səfirliyinin son iki ildə humanitar fəaliyyətləri dəstəkləməsini qeyd etdi.

11-Oktyabr tarixində Abbasbəyli kəndində Türkkızılayı”nın əməkdaşlığı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən yüksək səviyyədə inşa edilən yeni tibb məntəqəsinin açılışı olub. Açılış mərasimində rayon İcra Hakimiyyəti Aparatının məsul işçiləri, məktəblilər və kənd sakinləri, KİV nümayəndələri iştirak edib.

Türkiyə dövlətinin Azərbaycandakı baş konsulu Orhan İşıq çıxış edərək sərhəd kəndlərindəki əhalinin mərdliyindən danışıb və tibb məntəqəsinin onlara bir hədiyyə olduğunu bildirib. Cəmiyyətin İcraçı Katibi C.Mirzəyev çıxış edərək Türkiyə Qızıl Ayı ilə dostluq və qardaşlıq prinsiplərinə söykənən əlaqələri qeyd etmişdir.

Mərasimdə iştirak edən Litvanın Azərbaycandakı səlahiyyətli səfiri Valdas Lastauskas çıxış edərək bildirib ki, mən ikinci dəfədir ki, Qazax rayonunda oluram və bu səfərimdən çox mənmunam. Bu gün açılışını etdiyimiz Təhlükəsiz Oyun Meydançası Avropa birliyi təşkilatı tərəfindən dəstəklənən ikinci layihədir. Bu gün həm də yeni bir layihənin – “Məktəbdən evə, evdən məktəbə təhlükəsiz dönmə” adlanan layihənin açılışıdır. Səfir çıxışında bu məktəbin I və II siniflərində oxuyan şagirdlərə 173 ədəd məktəbli çantasının gətirildiyini də bildirib.

Qızıl Aypara Cəmiyyətinin İcraçı katibi Ceyhun Mirzəyev çıxış edərək bildirib ki, bu layihə Azərbaycan ilə Litva arasındakı dostluq əlaqələrinin ən bariz nümunəsidir. Layihənin həyata keçirilməsində məqsəd Təhlükəsiz Oyun Meydançasında uşaqların sağlamlığını, psixoloji və sosial inkişafını asudə vaxtlarını səmərəli keçirmələrini dəstəkləməkdir.IMG_2331 IMG_2404 IMG_2421 IMG_2432IMG_2250 IMG_2312 IMG_2488 IMG_2532 IMG_2560 IMG_2567

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.