Hər ay olduğu kimi oktyabr ayında da Nizami rayon bölməsinin əməkdaşları qeydiyyatında olan 35 nəfər aztəminatlı ailələrlə görüş keçirdi.Onların gündəlik qayğıları ilə,səhhətlərindəki problemləri ilə maraqlanıb imkanları daxilində problemlərinin həllində yardımçı olacaqlarını bildiriblər.Sonda adının hallandırılmasını istəməyən şəxs tərəfindən verilən ərzaq bağlamaları iştirakçılara paylanılıb.Yardım alan insanlar onlara göstərilən mehriban münasibətə,qayğıya görə Nizami rayon bölməsinin sədri Rəna İbrahimovaya və yardım edən xeyirxah insana öz minnətdarlıqlarını bildiriblər.