Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər şöbəsinin 2016-2020-ci il strateji planının əsas məqsədi bundan ibarətdir:
Gənclər və Könüllülərin idarəetmə sisteminin inkişaf etdirilməsi və bununla da sosial cəhətdən zəif müdafiə olunan və qayğıya ehtiyacı olan əhaliyə könüllü xidmətin səmərəliliyini artırılmasıdır.
Gənclə komitəsi, Gənclər və könüllülər , Fövqəladə hallara hazırlıq və cavab vermə şöbəsi ilə birlikdə gəncləri və könüllüləri fəaliyyətə cəlb etməklə uşaqların,yeniyetmələrin, gənclərin yollarda təhlükəsizlik, yol hərəkəti qaydalarının öyrənilməsi, yol-nəqliyyatı zədələri profilaktikası və xəbərdarlıq edilməsi üsullarını və yol- nəqliyyat hadisəsi zamanı zərərçəkənə ilk yardım göstərilməsi qaydalarına yiyələnməsidir.
Bildiyiniz kimi Qazax rayonunun Daş Salahlı kəndində yerləşən orta məktəbin 1 və 2 ci sinif şagirdləri ücün Litva səfirliyi tərəfindən məktəbli cantaları hədiyyə edilmişdir və bu cantalarin üzərində yol hərəkəti təhlükəsizliyi işarələri olduğuna görə 280 məktəbliyə yol hərəkəti qaydalarının təlimləri kecirilmişdir və bu səpgidə digər təhsil ocaqlarında maarifləndirmə təlimləri davam etdirilir.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu səpkili tədbirlərin həyata kecirilməsində əməyi olan hər bir kəsə öz təşəkkürünü bildirir.