Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sağlamlıq sahəsində fəaliyyətlərə vərəmlə mübarizə prioritet sahələrdən biridir. Bu baxımdan Cəmiyyət ölkədə həyata keçirilən vərəmlə mübarizə tədbirlərinə cəlb olunaraq, fəal iştirak edir.
Belə ki, 2011-ci ildən TB-REP-Azərbaycan (Şərqi Avropa və Mərkəzi Asiya Regionu üzrə Vərəm proqramı) çərçivəsində yaradılan Koalisiyanın üzvüdür. Dünyada olduğu kimi, Azərbaycanda vərəmlə mübarizə tədbirlərində içtimai vəkillik sahəsi vacib sahələrdən biridir. Bu baxımdan TB-REP layihəsi çərçivəsində media işçilərinin və vətəndaş cəmiyyəti təşkilatları nümayəndələri üçün “Vərəm sahəsində içtimai vəkillik” adlı təlim təşkil olunmuşdur. Təlimin məqsədi vərəmlə bağlı ictimai vəkillik (advokasiya) üzrə bilik və bacarıqlarını artırmaq, Azərbaycanda vərəmin təsirinə məruz qalmış hədəf əhali qrupunun ambulator müalicə modelinə keçid sahəsində üzləşdikləri əsas maneə və çətinliklərin aradan qaldırılması istiqamətində qərar verici şəxslərlə əlaqələrin qurulması və inkişaf etdirilməsinə nail olmaq, vərəmlə bağlı stiqmanın, yalnış inancların aradan qaldırılması istiqamətində vərəm haqqında mesajların geniş kütləyə çatdırılması məqsədilə medya nümayəndələri ilə sıx əməkdaşlığın inkişaf etdirməkdir. Bununla yanaşı, təlimdə vərəm, onun profilaktikası, aşkarlanması və müalicəsi sahəsinə dair məlumatlar geniş təqdim olunmuşdur. Təlim TB-REP-in Azərbaycandakı vətəndaş cəmiyyəti tərəfdaşı olan “Sağlamlığa Xidmət” İctimai birliyi tərəfindən təşkil olunmuşdur. Təlimdə müxtəlif media, GHT-n nümayyəndələri iştirak etmişlər. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova və Miqrasiya şöbəsinin mütəxəssisi Sona Hacıyeva bu təlimdə iştirak edərək, bu sahədə həyata keçirilən fəaliyyətlər barədə geniş məlumatlarla çıxış etmişlər. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim edilmişdir.