«Azərikimya» İB-də «Mərhəmətli olmağa tələsin!» devizi altında növbəti xeyriyyə aksiyasına start verilmişdir 16 noyabr 2017-ci il tarixində «Azərikimya» İstehsalat Birliyi Respublika “Qızıl Aypara” Cəmiyyətinin Sumqayıt şəhər təşkilatı ilə birgə «Mərhəmətli olmağa tələsin!» devizi altında növbəti xeyriyyə aksiyasına start vermişdir. Birliyin akt zalında keçirilən aksiyada «Azərikimya» İB-nin struktur bolmələri ilə yanaşı Karbamid zavodunun, YAP,Səhiyyə şöbəsi,Sumqayıt bələdiyyəsi, Peşəkar Futbol klubu,Unikal klinikası,Gilan Tekstil,Qartal Tikinti firması,Səbinə-2013 firması,AzərTAC və digər təşkilatın nümayəndələri iştirak etmişdir. Tədbirdə çıxış edənlər 7 ildən bəri davam edən və artıq ənənə halını almış aksiyanın əsas qayəsinin ehtiyacı olan uşaqların isti qış geyimləri ilə təmin olunmasında yardımçı olmaq, onların uşaq dünyasına yeni rəng, yeni çalar qatmaq olduğunu iştirakçıların nəzər-diqqətinə çatdırmışlar. Vurğulanmışdır ki 15 gün davam edəcək aksiyada əldə olunan paltarlar və digər vəsaitlər «Qızıl Aypara» Cəmiyyətinin Sumqayıt şəhər təşkilatında toplanacaq, məqsədyönlü şəkildə və aksiyaya qatılanların bilavasitə iştirakı ilə ehtiyacı olan və aztəminatlı ailələrin uşaqlarına paylanacaqdır. «Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev bu xeyirxah təşəbbüsə qoşulan idarə, müəssisə və təşkilat rəhbərlərinə, həmçinin fərdi sahibkarlara minnətdarlığını ifadə etmişlər.
AzərTacın xüsusi müxbiri,əməkdar jurnalist Ətrabə Rzayeva aksiyanın mahiyyətindən danışaraq,hər bir kəsin bu xeyirxah işə qoşularaq ehtiyaclı uşaqların yanında olmağa səslədi.
Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinın sədri Mətanət Məhərrəmova aksiyanın start tədbirində kecən 7 il ərzində kecirilən aksiya barədə məlumat verərək,növbəti aksiyada daha cox valideyn himayəsindən məhrum,sağlamlıq imkanları məhdud uşaqlar,atılmış,tənha qocaların qış geyimləri ilə təmin olunacağına əminliyini bildirmişdi.