Avstriya İnkişaf Agentliyi və Avstriya Qızıl Xaç Cəmiyyətinin dəstəyi ilə 2015-ci il dekabr ayından Cənubi Qafqaz respublikaları (Azərbaycan, Gürcüstan, Ermənistan) “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsinin ikinci mərhələsinin yerinə yetirilməsinə başlamışlar. Sözügedən layihənin çərçivəsində 2017-ci ilin 21-22 noyabr tarixlərində Gürçüstan Respublikasının paytaxtı Tiflis şəhərində “İqlim dəyişkənliyi və həyat tərzi” mövzusunda praktiki məşğələ keçirilmişdir.
Tədbiri giriş sözü ilə Gürcüstan Qızıl Xaç Cəmiyyətinin prezidenti xanım Natia Loladze açıq elan etmişdir. Daha sonra Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Cənubi Qafqaz üzrə nümayəndəliyinin rəhbəri cənab Maks Santner mövzunun əhəmiyyətindən, bütün dünyada iqlimin tez bir zamanda dəyişməsindən və onun olkələrə olan təsirindən söz açmışdır.
Tədbir zamanı iştirakçılara mövzu ilə bağlı müxtəlif prezentasiyalar təqdim olunmuş, fikir mübadiləsi aparılmış və gələcək risklərə cavab vermək üçün hazırlıq işlərinin təşkili və strategiyanın planlaşdırılması müzakirə olunmuşdur. Qrup işləri zamanı Azərbaycanı təmsil edən nümayəndə heyəti öz fəallığı və professionallığı ilə seçilmişdir.
Bu görüşdə Azərbaycan Qızıl Cəmiyyətini “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsinin Koordinatoru Elşən Səlimzadə, layihənin meneceri Fərid Seyidzadə , Sumgayit Regional Mərkəzinin Kordinatoru Mətanət Məhərrəmova, AzQAC-ın İcraçı katibin müavinləri Səbinə Məhbubi-İran və Xalidə İsgəndərova, AzQAC-nin İsmayıllı rayon bölməsinin sədri Tofiq Soltanov və həmin bölmənin əməkdaşı Rəfiqə Əsgərova, AzQAC-ın Qusar rayon bölməsinin sədri Binyəddin Xeyirbəyov, Ekologiya və təbii sərvətlər nazirliyinin, Qusar və İsmayıllı rayonlarının İcra strukturların nümayəndələri təmsil etmişlər.