15-17 noyabr 2017-ci il tarixlərdə Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə Bakı şəhəri, “Ambassador” oteldə AzQAC-ın Beynəlxalq Humanitar Hüququn (BHH) və Fundamental prinsiplərin yayımı sahəsində növbəti seminarı keçirilmişdir. Seminarin keçirilməsində əsas məqsəd AzQAC-ın cəbhəyanı ərazilərə daxil olan rayon bölmə könüllülərinin Yayımı sahəsində biliklərinin artırılması olmuşdur.
Seminar zamanı könüllülərə qrup məşğələləri təşkil edilmişdir. İştirakçılara özlərinin gördüyü işlərdən olan təqdimatlarını təqdim etmələrinə şərait yaradılmışdır. Təqdim etdikləri şəkillər əsasında çıxış etmə və məqalə yazma qaydaları öyrədilmişdir. İnformasiya və sosial mediya siyasəti haqqında məlumatlar verilmişdir.
Seminarda AzQAC-ın İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Seymur Hümbətov, BHH və Fundamental prinsiplərin Yayımı sektorunun rəhbəri Xalid Xəlilov, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova, şöbənin əməkdaşı Amil Həsənov, Əməkdaşlıq proqramının əməkdaşı Lyudmila Şepelyeva iştirak etmişlər.