28 Noyabr tarixində Azərbaycan QAC-nin prezidenti Novruz Aslanovun başçılıq etdiyi nümayəndə heyəti İcraçı Katib Ceyhun Mirzəyev və müavini Səbinə Məhbubi İran olmaqla, BQXK-dən Nümayəndəliyin başçısı Elena Aymone Sissera, Koperasiya Proqramının rəhbəri Əziz Şah Abdul və BQXQACF-nın Qafqaz ölkələri üzrə yeni təyin olunmuş nümayəndəsi Max Santnerin iştirakı ilə üçtərəfli görüş baş tutmuşdur.
Görüşdə tərəflər arasında qarşılıqlı və birgə fəaliyyətlər, gələcək planlar,Davamlılıq Planının inkişaf etdirilməsi, Antaliyada baş tutmuş Nizamnaməvi görüşün nəticələri əsas müzakirə mövzusu olmuşdur. BQXK-nin Bakıdakı nümayəndəliyinin başçısı Elena Aymone Sissera və Federasiyanın Qafqaz üzrə nümayəndəsi Max Santner Milli Cəmiyyətinin Prezidenti Novruz Aslanova Baş Məclisin, Nümayəndələr Şurasının plenar iclasları zamanı aktiv iştirakına, dəyərli çıxışlarına görə dərin minnətdarlığ bildirdilər.
Novruz Aslanov görüş zamanı Milli Cəmiyyət işçilərinin bilik və bacarığlıarının artırlması məqsədilə həm BQXK həm də Beynəlxalq Federasiya tərəfindən ekspertlərin Bakıya dəvət olunmasını humanitar mövzularda treyninq və seminarların davamlı olaraq təşkil edilməsinin vacibliyini qeyd etdi.
Aktiv müzakirələrin nəticəsi olaraq hər ildə rüblük üçtərfli görüşlərin davamlı keçirilməsi planı dəstəkləndi.Novbəti görüş 2018 ci ilin Mart ayına planlaşdırldı.