1988-ci ildən etibarən hər il dekabr ayının 1-də “Ümumdünya QİÇS-lə mübarizə günü” qeyd edilir. Bu tarix dünya ictimaiyyətinin diqqətini qlobal pandemiya miqyasını almış İİV-infeksiyasına qarşı mübarizəyə cəlb etmək məqsədilə təsis olunmuşdur.
Hər il Ümumdünya QİÇS-lə mübarizə günü aktual problemləri əks edən müxtəlif şüarlar altında keçirilir. BMT-nin təşəbbüsü ilə, 2011-ci ildən başlayaraq 2015-ci ilə kimi, Ümumdünya QİÇS-lə mübarizə günü “Sıfır məqsədini əldə etməyə doğru ” şüarı altında keçirilir. Yəni, sıfır – yeni yoluxma halları, sıfır – İİV-lə yaşayan insanlara qarşı ayrı-seçkilik halları və sıfır – QİÇS -lə bağlı ölüm halları.
İİV/QİÇŞ problemi Azərbaycanda da ən aktual problem olaraq, daim Səhiyyə Nazirliyinin nəzarətindədir. Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və İİV epidemiyasının müntəzəm aparılan monitorinqi onun əsasən yoluxmaya yüksək riskli əhali qrupuna aid olan infeksion narkotik istifadəçiləri arasında yayılmasını təsdiqləyir.
İİV/QİÇS-in qarşısının alınması məqsədilə 29 noyabr 2017-cü il tarixində “İİV müayinəsi ilə bağlı Respublika QİÇS-lə Mübarizə Mərkəzi ilə birgə bir çox ali və orta ixtisas təhsil müəssisələrində (o cümlədən regionlarda) tələbələr arasında, iri Ticarət Mərkəzlərində, Beynəlxalq Avtovağzal və digər obyektlərdə könüllülük prinsipi əsasında İİV-ə müayinə aksiyaları həyata keçirilməsi planlaşdırılmışdır.
Belə ki, 29 noyabr 2017-ci il tarixində Qusar rayonunun peşə litseyində 1 dekabr QİÇS-lə Mübarizə günü münasibətilə tədbir keçirilmişdir. Bu ilin şüarı “ Təcrid olunma , stiqma və İİV-in ötürülməsinə son qoyaq”!
Məqsəd: Yaşa uyğun İİV\QİÇS –lə bağlı biliklərin təmin edilməsi, gənclərə zəkalı qərarlar qəbul edilməsində kömək, İİV\QİÇS –in qarşısını almaq üçün sağlamlıqla bağlı davranışın inkişafını gənclər arasında bölüşməkdir.
Tədbir Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər Komitəsi, Gənclər və Könüllülər, Fövqəladə Hallara Hazırlıq və Cavabvermə, Sağlamlıq və qayğı şöbələri, Qusar rayon bölməsinin təşəbbüsü və Respublika QİÇS mərkəzinin əməkdaşlığı nəticəsində həyata keçirilmişdir. Tədbirdə eyni zamanda Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Cənubi Qafqaz üzrə nümayəndəliyin başçısı cənab Maks Santner də iştrak etmişdir.
Ilk öncə tədbir iştirakçıları tərəfindən mövzu haqqında məlumat verilmiş, sonra isə Respublika QİÇS mərkəzinin mütəxəssisi tərəfindən ətraflı prezentasiya təqdim olunmuş, gənclər arasında sorğu-suallar aparılmış, onları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılmışdır.
Daha sonra tədbir zamanı gənclər QİÇS mərkəzinin təşkil etdiyi QİÇS-lə bağlı qan analizindən keçmişlər, heç bir gəncdə bu xəstəlik aşkar edilməmişdir. Qeyd edək ki, tədbirdə 300-dən artıq tələbə və müəllim heyəti iştirak etmişdir. Onun 89 nəfəri qan analizindən keçmişdir. Tədbir KİV-ri tərəfindən geniş işıqlandırılmışdır.
Sonda Respublika QİÇS mərkəzinin və Qusar rayonunda yerləşən peşə litseyinin rəhbərliyi Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinə, əməkdaşlarına və könüllülərinə təşkil edilmiş tədbirə görə öz təşəkkürlərini bildirmişlər. Biz də Qızıl Aypara Cəmiyyəti olaraq, tədbirdə əməyi keçən bütün şəxslərə öz təşəkkürümüzü bildiririk.