01 dekabr HİVS mübarizə və 05 dekabr Beynəlxalq Könüllülər günü münasibəti ilə Suraxanı rayon bölməsi Hövsan qəsəbəsində yerləşən 280 və 281 saylı tam orta məktəblərdə tədbir keçirib.Suraxanı rayon bölməsinin sədri Turan Hüseynova məktəblilərə BQXK və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranma tarixindən və həyata keçirdiyi layihələr,tədbirlər haqqında geniş məlumat verib.Sonra şagirdlərə HİVS -lə mübarizə haqqında danışaraq onlara broşuralar paylanılıb. Beynəlxalq Könüllülər günü münasibəti ilə gənc nəsli təbrik edib, Aypara Cəmiyyətinin könüllülərlə birgə həyata keçirdiyi tədbirlər haqqında məlumat verib.Tədbir məktəblilərin böyük marağına səbəb olub və onları maraqlandıran suallar cavablandrıb.Məktəblərin rəhbərliyidə də öz növbəsində Aypara Cəmiyyətinə və Turan xanıma keçirilən maraqlı tədbir üçün öz minnətdarlıqlarını bildiriblər.