Dekabr ayı Az.QAC Cəbrayıl rayon bölməsində “Əlillər”günü və 31-Dekabr Dünya Azərbaycanlılarının Həmrəyilik günü münasibəti ilə Cəbrayıl rayon bölməsinin əməkdaşları qayğıya ehtiyacı olan insanlarla daima ünsiyyətdə olub, problemnlərinin həllində imkan daxilində həmişə yardım etdikləri əlilləri bu gün də unutmadılar. Qeydiyyatlarında olan 50 nəfər əlil insanları evlərindəolmuş onları “Əlillər “günü və qarşıdan gələn 31-Dekabr Dünya Azərbaycanlılarının Həmrəyilik günü münasibəti ilə təbrik edib uzun ömür və Allahdan onlara şəfa diləyib Ərzaq yardımı paylanılıb. İnsanlar daima Aypara Cəmiyyətinin qayğısını öz üzərlərində hiss etdikləri üçün AzQAC -nin Cəbrayıl rayon bölməsinin əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.