22 dekabr 2017-ci il tarixində «Azərikimya» İstehsalat Birliyi və Respublika Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin «Mərhəmətli olmağa tələsin!» devizi altında birgə keçirdiyi növbəti xeyriyyə aksiyasına yekun vurulmuşdur. Birliyin akt zalında keçirilən təqdimetmə tədbirində «Azərikimya» İB-nin struktur bolmələri ilə yanaşı, Sumqayıtda yerləşən bir sıra idarə və müəssisələrin, səhiyyə şobəsinin, özəl klinikaların, şəhər bələdiyyəsinin, ictimai təşkilatların, sığorta şirkətlərinin və s. nümayəndələri iştirak etmişdir. Tədbirdə vurğulanmışdır ki, bir ay davam edən bu aksiyada şəhərdə fəaliyyət gösrərən 20-ə yaxın şirkət, idarə, müəssisə və təşkilat iştirak etmişdir. Əldə olunan vəsait hesabına 200 nəfər hər iki valideynini itirmiş,sağlamlıq imkanları məhdud olan, aztəminatlı ailələrin uşaqlarına isti qış geyimləri alınmışdır. Alınan ləvazimatlar uşaqlara təqdim olunmuşdur. «Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev və Azərbaycan Qzıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər təşkilatının sədri Mətanət Məhərrəmova çıxış edərək, 7 ildən bəri davam edən və artıq ənənə halını almış bu xeyirxah təşəbbüsə qoşulan, bu gün də bu missiyanı ürəklə davam etdirən idarə, müəssisə və təşkilat rəhbərlərinə, həmçinin fərdi sahibkarlara minnətdarlıqlarını ifadə etmişlər. Tədbirin bədii hissəsində Şaxta baba və Qar qız qarşıdan gələn yeni il münasibətilə uşaqları təbrik etmiş və hazırlanmış 200 ədəd Yeni il hədiyyələri onlara təqdim olunmuşdur. Tədbirdə həmçinin əsaslı təmir və yenidənqurma işlərindən sonra yeni istifadəyə verilmiş “Kimyaçı” Mədəniyyət sarayının bədii və rəqs kollektivləri uşaqlar qarşısında bir-birindən maraqlı musiqi və rəqs nömrələri ilə çıxış etmişlər.Kecirilən tədbirdən məmnunluq hissi kecirə valideynlərdən bir necə nəfəri söz alalaq təşkilatcılara,tədbirin ərsəyə gəlməsində əməli köməklik göstərən təşkilat nümayəndələrinə minnətdarlıqlarını bildirmişdilər.