AzQAC-ın Baş ofisində Milli Cəmiyyətin prezidentinin sədrliyi ilə baş tutan iclasda 2017-ci ilin yekunlarına dair müzakirələr aparıldı. İclasın gündəliyində Milli Cəmiyyətin Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi, İcraçı Katibin hesabatı, hesabat-seçki yığıncaq və konfranslarının təsdiqi və cari məsələlər öz əksini tapmışdı.
İclasın sonunda aparılan müzakirələrdən sonra müvafiq qərarlar qəbul edildi.
Daha sonra Azərbaycan Qızıl Aypara Cəmiyyətinnin prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanov ənənəvi olaraq, bu il də Cəmiyyətimizin kollektivini “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və Yeni İl münasibətilə təbrik etdi. 2017-ci ildə əldə edilən uğurlardan və gələcək planlardan geniş söhbət açdı.