9a0a1674-6597-45b4-aa8a-b012d42e06e8454

Tərtər rayonu kənd orta məktəblərində “İnsan Alverinə Qarşı Mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi

Təhsil Nazirliyi, Beynəlxalq Miqrasiya təşkilatı və Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə razılaşmaya əsasən Respublikanın bütün təhsil müəsissələrində “İnsan Alverinə Qarşı Mübarizə”mövzusunda marifləndirici seminarlar kecirilir.Bu seminarlar Tərtər rayon təhsil müəssisələrində də AzQAC -nin Tərtər rayon bölməsi tərəfindən də kecirilir. 09 yanvar 2018-ci il tarixdən AzQAC Tərtər rayon bölməsinin təşkilatçılığı ilə Tərtər rayon və kənd orta məktəblərində “İnsan Alverinə Qarşı Mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə AzQAC Tərtər rayon bölməsinin sədri Ehtibar Heydərov, məktəblərin müəllim və şagird heyəti, bölmənin fəal könüllüləri iştirak edirdi. Tədbiri giriş sözü ilə bölmənin sədri Ehtibar Heydərov acaraq, AzQAC haqqında məlumat verdi və mövzu barədə qısa məlumat verərək, mövzunun mahiyyəti, göstərilən əsas xidmətlər və bu xidmətlərin göstərilmə səbəbləri haqqında danışdı. Daha sonra  rayon bölməsinin könüllüləri hazırlanmış slayd əsasında “Kimlər insan alverinin qurbanı ola bilər?”, “İnsan alverinin qurbanı olmamaq üçün nələrə diqqət edilməyinin yolları” barədə ətraflı məlumat verdi. Mövzuya həsr olunmuş videoçarxlar nümayiş olunaraq,şagirdlərlə müzakirələr aparıldı, onları maraqlandıran suallar cavablandırıldı. Sonda könüllülər mövzu barədə hazırlanmış bukletləri şagirdlərə payladılar.IMG-20180119-WA0019 IMG-20180119-WA0025 IMG-20180119-WA0040

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.