AzQAC Suraxanı rayon bölməsi “Gənclər”günü münasibəti ilə Hövsan qəsəbəsində yerləşən M.Mehtiyev adına 280 saylı tam orta məktəbdə yuxarı sinif şagirdləri ilə görüş keçirib.Suraxanı rayon bölməsinin sədri Turan Hüseynova gənc nəslə Beynəlxalq Qızıl Xaç Komitəsi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında geniş məlumat verib.Cəmiyyətin həyata keçirdiyi layihələrdən, gənclərin,könüllülərin,mobil qrupların gördükləri işlərdən danışıb.Beynəlxalq Qızıl Xaç Komitəsi və Aypara Cəmiyyəti haqqında aldıqları məlumatlar gənc nəslin böyük marağına səbəb olub.Onlar müxtəlif suallar ilə müraciətlər ediblər və aldıqları cavablardan məmnun olduqlarını bildiriblər. Şagirdlər Aypara Cəmiyyətinin Suraxanı rayon bölməsinə könüllü üzv olaraq öz məktəblərində – 280 saylı məktəbdə “Gənc Humanistlər” adlı güşə yaradıblar. Məktəbin dərs hissə müdiri Şəhla Abdullayeva çıxış edərək Suraxanı RB sədri Turan Hüseynovaya keçirdiyi tədbir, məktəbli gənclərdən ibarət yaratdıqları “Gənc humanistlər”adlı güşə üçün məktəbin kollektivi adından minnətdarlığını bildirib.