Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti cənab Novruz Aslanovun rəhbərliyi ilə AzQAC-ın XXV Baş Məclisi ilə əlaqədar müşavirə keçirildi. İclasda AzQAC-ın regional mərkəz koordinatorları və Bakı şəhər yerli bölmə sədrləri iştirak edirdilər.
Müşavirədə Novruz Aslanov 2018-ci il fevral ayının 28-də keçiriləcək XXV Baş Məclislə əlaqədar aparılan təşkilati işlər haqqında ətraflı məlumat verdi. Baş Məclisin keçirilməsinin AzQAC-ın fəaliyyətindəki tarixi önəmindən bəhs etdi. Həmçinin, iştirakçılar Cəmiyyətin prezidentini XXV Baş Məclisin keçirilməsi prosesi ilə əlaqədar aparılan hazırlıq işləri ilə məlumatlandırdılar.