20180221_110437

Silahlara Qarşı Mübarizə proqramı çərçivəsində görülən işlər barəsində 2017- ci ilin yekun görüş keçirildi

 

2018-ci ilin fevral ayının 22-də “Bakı Ambassador” mehmanxanasında  ənənəyə sadiq olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti (Qızıl Aypara və ya Milli Cəmiyyət) və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) birgə olaraq Beynəlxalq Qızıl Xaç Qızıl Aypara Hərəkatının Azərbaycanda “Silahlara  Qarşı Mübarizə”  istiqamətində həyata keçirdiyi fəaliyyətlərin yekununa dair görüş keçirmişlər.

Görüşdə Qızıl Ayparanın Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Göygöl, Samux, Gəncə Goranboy, Tərtər, Ağdam,  Ağcabədi, Bərdə və Füzuli rayon və şəhər bölmələrinin sədrləri,  Gəncə Regional Mərkəzinin  koordinatoru, Sabirabad RM-nin koordinatoru, Mingəçevir Regional Mərkəzinin  koordinatoru,   Silahlara Qarşı Mübarizə proqramına məsul şəxs Məmməd Kətanov,  AzQAC-ın İcraçı Katibi Ceyhun Mirzəyev BQXK-nın Hərəkat daxili əməkdaşlıq üzrə məsul nümayəndəsi, Rasim Əlləzov, Silahlara Qarşı Mübarizə Proqramı üzrə Avrasiya bölgəsi üzrə regional meneceri Zeljko Lezaja həmin proqramın əməktaşı Humbətov Rövşən, ANAMA-nın (Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentlik) Minalar Üzrə Maarifləndirmə şöbəsinin müdiri  Musa Cəlalov, Zamiq Aslanov, Arzu Allahverdiyeva. AzCBL  (Minalar Əleyhinə Azərbaycan Kompaniyası İctimai Birliyinin) sədri Hafiz Səfixanov iştirak etdilər.

Görüşün məqsədi 2017-ci il ərzində AzQAC tərəfindən silahlara qarşı mübarizə proqramı çərçivəsində Respublika ərazisində həyata keçirilən fəaliyyətlərin yekununa dair hesabatın iştirakçılara təqdimatı, onun müzakirəsi və gələcək fəaliyyətlərin və layihələrin planlaşdırılması, ANAMA mütəxəssisi tərəfindən Milli Cəmiyyətin rayon bölmə sədrlərinə İMSMA (mina hadisələri və qurbanları haqda məlumatın toplanmasına dair xüsusi blank formaları) blankların doldurulması üzrə təqdimat vasitəsilə məşğələnin keçirilməsi idi.

Görüşün ilk günündə baş tutan rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı Katibi Ceyhun Mirzəyev bu ənənəvi yekun görüşünün keçirilməsini yüksək qiymətləndirdiyini bildirdi. O qeyd etdi ki, belə görüşlər görülmüş işlərin təhlili və gələcək planların birgə hazırlanması üçün çox səmərəlidir. O, son illərdə bu proqramın Qızıl Aypara Cəmiyyətinin ən fəal və məhsuldar humanitar proqramlarından birinə çevrildiyini qeyd etdi. O vurğuladı ki, Milli Cəmiyyət 2017-ci ildə Qazax, rayonunda Litva səfirliyinin dəstəyi ilə uşaqlar üçün “Təhlükəsiz Oyun Meydançası” layihəsinin həyata keçirilmişdir və 2017-ci ilin yanvar  və oktyabr aylarında Qazax rayonunun  Daş Salahlı kəndində Litva səfirliyi ilə əməkdaşlıq sayəsində Təhlükəsiz Oyun Meydançasının açılış mərasimi təşkil olunmuşdur . Qızıl Aypara Cəmiyyətinin Silahlara Qarşı Mübarizə proqramını Milli Cəmiyyət üçün əhəmiyyətini önə çəkərək, bu kimi böyük riskli problemlə mübarizədə Milli Cəmiyyətin BQXK, ANAMA, AzCBL və s. təşkilatlarla birgə əməkdaşlıq etməsini diqqətə layiq hesab etdi. Və seminara  uğurlar dilədi. Sonra çıxış üçün söz alan BQXK-nın Silahlar Qarşı Mübarizə Proqramının Avrasiya bölgəsi üzrə regional meneceri Zeljko Lezaja Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən 2017-ci il ərzində görülən işlər haqqında tədbir iştirakçılarına məlumat vermişdir. Sonra çıxış üçün söz AzQAC-nin Silahlara Qarşı Mübarizə Proqramına məsul şəxs Məmməd Kətanov görülən işlər barəsində tədbir iştirakçılarına hesabat verərək bildirdi ki, gələcək illər ərzində bu kimi layihələrin keçrilməsi məqsədə uyğundur. O, görüş iştirakçılarına uğurlar arzuladı. Rəsmi hissədən sonra görüş öz gündəliyinə uyğun olaraq davam etdirilmişdir. ANAMA-nın məsul əməkdaşı Musa Calalov Qızıl Aypara Cəmiyyət və ANAMA arasında 2007-ci ildən bəri mövcud olan “Mina Hadisələri və Mina Qurbanları haqda Məlumatların Toplanması” üzrə rəsmi Anlaşma Memorandumuna dair həyata keçirilən fəaliyyətləri müsbət qiymətləndirdi. O iştirakçılara məlumatların toplanması üzrə mövcud olan  İMSMA blankların ANAMA tərəfindən yenidən işlənərək hazırlanan yeni formasını təqdim etdi. ANAMA nümayəndəsi yenilənmiş formanın doldurulmasına müxtəlif tövsiyyələr  verməklə iştirakçılara məşğələlər formasında tam geniş izahat  verdi.

AzQAC-nın Silahlara Qarşı Mübarizə proqramına məsul şəxs Məmməd Kətanov 2017-ci ilin fəaliyyətlərinə dair hazırlanmış hesabatı iştirakçılara təqdimat şəklində təqdim etdi.

1 gün davam edən  nəzərdə tutulan görüş uğurlu və səmərəli başa çatdı.20180221_110437 IMG-20180221-WA0033 IMG-20180221-WA0068 IMG-20180221-WA0071 IMG-20180222-WA0000 IMG-20180222-WA0001 IMG-20180222-WA0002

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.