“Cənubi Qafqaz II, Təhlükəsiz və möhkəm icmaların qurulması” proqramı çərçivəsində 13-14 Mart 2018-ci il tarixlərində Gürcüstan Respublikasının Borjomi şəhərində 2-ci Regional İcmal və Planlaşdırma Görüşü keçirilmişdir. Görüş Cənubi Qafqazın üç Milli Cəmiyyətinin “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsi çərçivəində 2017-ci ildə həyata keçirilmiş fəaliyyətlər üzrə əldə olunan nailiyyətlərə və növbəti ildə layihə çərçivəsində görüləcək işlərə həsr olunmuşdu.
“Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsi Avstriya İnkişaf Agentliyi və Avstriya Qızıl Xaç Cəmiyyətinin maliyyə və texniki dəstəyi ilə 2012-ci ildən etibarən Cənubi Qafqazın üç Milli Cəmiyyətinin nümayəndələri tərəfindən həyata keçirilir. Hazırda Cənubi Qafqazın üç Milli Cəmiyyəti layihənin 3-cü mərhələsini icra etməkdədir. Odur ki, layihənin 3-cü mərhələsində gözlənilən nəticələri, Milli Cəmiyyətlərin layihə icrası işində üzləşdikləri problem və çətinlikləri (həm daxili, həm də xarici) və keçmiş fəaliyyətlərdən toplanılan təcrübəni müəyyən etmək önəm kəsb edir.
2-ci Regional İcmal və Planlaşdırma görüşünün gündəliyində duran məsələlər arasında gələcəkdə partnyorlara paylanılmaq məqsədilə tematik araşdırma/toplanılan təcrübə və yaxşı praktikalara dair təlimat kitabçasının buraxılması və iqlim dəyişikliyi, iqlim dəyişikilyinin risk faktorlarından biri kimi yerli əhaliyə təsirinə diqqətin artırılması məsələsi də var idi.
Hər bir ölkə üzrə gələcək üçün planlaşdırılmış işlərin müakirəsi zamanı toplanılmış təcrübənin nəzərə alınması gərəkliyi, bir sıra fəaliyyətlərin təkmilləşdirilməsi və ya onların icra tərzinin yaxşılaşdırılması ehtiyacı qeyd olundu. Cənubi Qafqazın üç Milli Cəmiyyəti və partnyorların birgə icra edə biləcəkləri regional səviyyədə hansı işlərin planlaşdırılması zəruritə də vurgulandı.
Ümumilikdə, bu görüş iştirakçılara bilgi və təcrübə mübadiləsi aparmağa, icmaların möhkəmliyinə xüsusi diqqət verməklə fəlakətə hazırlıq və riskin azaldılması sahəsində gələcək perspektivlər barəsində düşünməyə imkan verdi.
Azərbaycan Qızıl Aypara Cəmiyyətini həmin görüşdə AzQAC Prezidentinin müşaviri və “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsinin koordinatoru Elşən Səlimzadə, AzQAC Baş Katibinin müavini Sabina Məhbubi İran və “Fəlakətə hazırlıq və cavab vermə” şöbəsinin başçısı və “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsinin meneceri Fərid Seyidzadə təmsil etdilər.
Qeyd olunmalıdır ki, 2012-ci ildən Azərbaycanda həyata keçirilən“Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsi İsmayill və Gusar rayonunda icra olunur və həmin layihə donorlar, partnyorlar və hökumət strukturları tərəfindən uğurlu layihələrdən biri kimi dəyərləndirilir. Layihə çərçivəsində işlər ilin sonuna kimi davam etdiriləcək.