Ənənəvi olaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) bütün rayon bölmələri Novruz bayramı silsilə tədbirlərinə start vermişlər. 16 mart 2018-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Gənclər Komitəsi, Gənclər və Könüllülər, Miqrasiya şöbəsinin təşkilatçılığı və Azərbaycan Beynəlxalq məktəbinin (TİSA) birgə əməkdaşlığı ilə AzQAC-nin Baş qərargahında bu tədbirlərdən biri olaraq humanitar aksiya keçirildi. Belə ki, Pakistan və Əfqanıstandan ölkəmizə təşrif buyurmuş 51 miqrant ailəsinə Novruz bayramı münasibətilə humanitar yardım edilərək TİSA məktəbinin uşaqları tərəfindən səylə hazırlanmış Novruz xonçaları paylandı. Hər zamankı kimi AzQAC-nin bu təşəbbüsü miqrant ailələrinin sevincinə səbəb oldu. Tədbirdə iştirak edən TİSA müəllim və şagird kollektivi, cəmiyyətin əməkdaşları və 75 miqrant valideyn və uşaqları bayram sevinci ilə bir-birini təbrik etdilər və Cəmiyyətin rəhbərliyinə,təşkilatçılara diqqət və qayğıya görə öz təşəkkürlərini bildirdilər. Uşaqlar bayram şerləri və mahnıları söylədilər.