Adının hallanmağını istəməyən xeyirxah insan tərəfindən AzQAC Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan 56 nəfər daha ehtiyaclı ahıla Novruz bayramı münasibəti ilə ərzaq bağlaması və bayram sovqatı paylanıldı. Xeyirxah insan ahılları bayram münasibəti ilə təbrik edərək onlara möhkəm can sağlığı,uzun ömür arzuladı.AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova öz adından və humanitar ahıllar adınan xeyrixah insana minnətdarlığını bildirdilər.Ahıllar da öz növbələrində mütəmadi olaraq diqqət və qayğı göstərən insana öz təşəkkürlərini bildirdilər.