AzQAC-ndə son illərdə Bakının bir neçə ali təhsil müəssisələrinin (Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Bakı Turizm İnstitutu, Qərb Universiteti Kooperasiya İnstitutu və d.) tələbələri istehsalat təcrübəni keçirlər. Bu təhsil müəssisələrinə və digərləri aiddir. Təcrübəyə gələn tələbələr üçün Cəmiyyət tərəfindən hazırlanan proqrama uyğun olaraq, müxtəlif sahələrlə (Sağlamlıq, İlk Yardım, Gənclər və Könüllüllər, Axtarış, Miqrasiya və s.) bağlı təlim və seminarlar, tədbirlər təşkil olunur.
Belə ki, aprel ayının 23 də və may ayının 2-də tələbələrə sağlamlıqla bağlı seminarlar təşkil olunmuşdur. Birinci seminar vərəm mövzusuna həsr edilmişdir. AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova vərəm xəstəliyi barədə geniş məlumatları təqdim etdi. Təqdimatda vərəmin dünyada və Azərbaycanda qlobal epidemiya olduğu və bu xəstəliklə mübarizə tədbirləri barədə məlumatlar yer almışdı. Vərəmin yayılmasında təcrid olunma və damğalanma məsələləri xüsusi vurğulandı. Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı onların hər birini vərəmlə mübarizədə fəal iştirak etməyə çağırdı və tələbələrlə birgə 2018-ci ilin 24 Mart Vərəmlə Mübarizə Günün “Gəlin əlbir olaq Vərəmə son qoyaq” şüarına dair işarənı əlləri ilə nümayiş etdilər. Digər seminar isə qan, qan donorluğu və qan xəstəliklərinə həsr edilmişdir. Tələbələrə qan donorluğunun Beynəlxalq Qızıl Xaç/Aypara Federasiyanın prioritet sahə olduğunu, Azərbaycanda qan donorluğunun tarixi və inkişafı, talassemiya və hemofiliya qan xəstəliklər barədə geniş məlumatlar təqdim edilmişdir. Gəncləri könüllü təmənnasız qan donorluğu sahəsində fəaliyyətlərdə fəal iştirak etməyə çağırdı. Sağlamlıqla bağlı seminarlar may ayın sonunadək davam ediləcək.