IMG-20180515-WA0022

Miqrasiya nədir? İnsan alverinin qurbanına çevrilməyək! Miqrantların cəmiyyətə inteqrasiyasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rolu – mövzuları Uşaq və Gənclər Sülh Mərkəzində maraqla qarşılandı

13 may tarixində Ombudsman Aparatının Uşaq və Gənclər Sülh Mərkəzinin “Liderlər“ məktəbinin dəvəti ilə Miqrasiya şöbəsinin təhsil üzrə əməkdaşı,miqrantlara Azərbaycan dili müəllimi Sona Hacıyeva mərkəzin müdavimləri ilə “Miqrasiya nədir? İnsan alverinin qurbanına çevrilməyək! Miqrantların cəmiyyətə inteqrasiyasında Azərbaycan Qızıl Aypara  Cəmiyyətinin rolu” – mövzularında bir günlük təlim keçmişdir.

Sona Hacıyeva martın 10-da 98 illik  yubileyini qeyd etmiş Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) yaranma tarixindən, onun geniş fəaliyyət sahələrindən söhbət açmışdır.

Şagirdlərə məlumat verilmişdir ki, miqrasiya sosial-iqtisadi həyatın bir çox tərəflərinə toxunan mürəkkəb ictimai prosesdir və ümumən, müsbət xarakter daşıyır.

Respublikamızda gedən ictimai – iqtisadi inkişaf miqrasiya sahəsində də öz artan xətti üzrə inkişafdadır. Miqrant axını günbəgün artır və ölkəmizdə də miqrasiya sahəsində dövlət siyasəti uğurla həyata keçirilir və digər cavabdeh qurumlarla bahəm ölkənin beynəlxalq aləmdə tanınmasına və inkişafına öz töhfələrini verən Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) də missiyasını bir sahəsi kimi  daimi olaraq qaçqın və məcburi köçkünlərlə iş aparır və onlara mütəmadi olaraq müvafiq humanitar yardımlar edir, onların cəmiyyətə fəal inteqrasiyasında da ciddi iş aparır.

Sosial inteqrasiyaya dəstək kimi, Cəmiyyətin prezidenti , Millət vəkili Novruz Aslanovun təşəbbüsü ilə artıq 5-ci ildir ki, əcnəbi miqrantlara BMT QAK-ın Qaçqın Qadın və Gənclər Mərkəzində (QQGM) təmənnasız Azərbaycan dili kursunu təşkil etmişdir. Kurs daimidir və il ərzində müraciətlər qəbul olunur. Kursa bu il də 34 miqranta müntəzəm davamiyyət və yaxşı göstəriciyə görə 9 aylıq kursun şəhadətnaməsi verilmişdir. Hazırda bu kurs öz işini çox yüksək səviyyədə davam etdirir və bu il kursa 54 nəfər qatılır və hər həftə də yenilənmə müşahidə olunur. Müdavimlər il ərzində tədris materialları ilə təmin olunurlar. Daha sonra Miqrasiya şöbəsinin beynəxalq təşkilatla bigə  ümumtəhsil məktəblərində apardığı  “İnsan alverinin qurbanına çevrilməyək” seminarları barədə məlumat verən əməkdaş 1800-ə yaxın bu seminarların bütün respublika təhsil müəssisələrini əhatə etdiyini və çox maraqla qarşılandığını söyləmişdir.

Tədbir iştirakçıları Aypara Cəmiyyəti haqda geniş məlumat aldıqdan sonra könüllü olmaq arzusunda olduqlarını bildirmişlər.

Tədbir çox interaktiv keçmiş və sonda şagird və valideynlərin çox saylı sualları ətraflı cavablandırılmışdır.           IMG-20180515-WA0035

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.