Qızıl Aypara Cəmiyyəti Nizami rayon bölməsi müsəlman xalqının müqəddəs ayı- Ramazan ayı münasibətilə qeydiyyatında olan 200 nəfər tənha, kimsəsiz qocalar , aztəminatlı ailələr və Nizami rayonunun Qarabağ Muharibəsi Əlilləri və Şəhid Ailələri üçün tədbir keçirdi. Nizami RB sədri Rəna İbrahimova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, onları Müqəddəs Ramazan ayı münasibətilə təbrik edərək, uzun ömür can sağlığı, oruc tutan insanlara oruclarının Allah tərəfindən qəbul olunmasını arzulayıb. Tədbirin keçirilməsində köməklik göstərən xeyirxah insanlara Aypara Cəmiyyəti, Nizami RB qeydiyyatında olan tənha, kimsəsiz qocalar, aztəminatlı ailələr adından minnətdarlığını bildirib. Nizami rayon İcra Hakimiyyətinin müavini Gülnaz İsrafilova çıxış edərək, hər zaman qayğıya ehtiyacı olan insanlara dəstək olaraq onlara qayğı göstərib, çətin günlərində problemlərinin həllində imkan daxilində köməklik göstərib mənəvi dayaq olan Aypara Cəmiyyətinə, Nizami RB sədri Rəna İbrahimovaya təşəkkürünü bildirib. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehi Mehdiyev çıxış edərək, Rəna xanımı Ramazan ayı münasibətilə keçirdiyi tədbir münasibətilə təbrik edib. Hər zaman hər zaman qayğıya ehtiyacı olan insanlara mənəvi dayaq olaraq onlara göstərdiyi qayğı və diqqətə görə öz minnətdarlığını bildirərək “Vətənpərvərlik İşində Xidmətlərinə Görə “ medalı ilə təltif etdi. Azərbaycan Qızıl Aypara Cəmiyyəti Vitse Prezidenti və İdarə rəisi Əziz Qocayev çıxış edərək bir daha tədbir iştirakçılarını təbrik edib. Rəna xanımı hər zaman bütün əlamətdar günlərdə qayğıya ehtiyacı olan insanlara mənəvi dayaq olub. Sonda tədbir iştirakçılarına iftarlarını bol süfrə arxasında ləziz yemeəklərlə açmaq üçün onlara ərzaq bağlamaları paylanılıb.