1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü İnteqrasiya təlimli internat tipli gimnaziyada keçirildi.Tədbirdə İcra Hakimiyyətinin nümayəndəsi Fərman müəllim,YAP- ın sədr müavini Vəzirxan Ənsərov, Sumqaıt Futbol Kulubunun prezidenti Riyad Rəfiyev və AzQAC Sumqayit şəhər bölməsinin sədri Mətanət Məhərrəmova iştirak etmişdir.Tədbirə təşrif buyuran qonaqlar öz təbrikləri ilə uşaqları təbrik etmiş onlara gələcək həyatlarında müvəffəqiyyətlər arzulamışlar.Sonra bədii proqramla uşaqlar bir birini əvəz edən rəngarəng çıxışları ilə sevincə səbəb oldular.Tədbirin sonunda AzQAC Sumqayıt şəhər bölməsi tərəfindən 214 şagirdə bayram hədiyyələri paylanıldı.