Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər şöbəsinin 2016-2020-ci il strateji planının əsas məqsədi Gənclər və Könüllülərin idarəetmə sisteminin inkişaf etdirilməsi və bununla da sosial cəhətdən zəif müdafiə olunan və qayğıya ehtiyacı olan əhaliyə könüllü xidmətin səmərəliyinin artırılmasından ibarətdir.
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.
Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Uşaqlar Azərbaycanda əhalinin təxminən 35 faizini təşkil edir.
Bununla əlaqədar olaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər Komitəsi, Gənclər və könüllülər, Fövqəladə hallar şöbələri, Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsi çərcivəsində AzQAC İsmayıllı rayon bölməsinin birgə təşkilatçılığı ilə bayram tədbiri keçirildi.
Tədbir 1 iyun 2018-cı il tarixində İsmayıllı rayonunun Tircan kəndində baş tutdu. . Bayram əhval –ruhiyyəsi ilə bəzədilən acıq havada uşaqlar üçün hər bir şərait yaradılmışdı.
Tədbiri giriş sözü ilə açan AzQAC- prezidenti , Milli Məclisin deputatı Novruz Aslanov bu gül balaları bayram münasibəti ilə təbrik etmiş, onlara can sağlığı arzulamışdır.
Sonra tədbir zamanı uşaqlara intellektual oyunlar keçirilmiş, bildikləri şeir və mahnılarla tədbirə rəng qatdılar, rəqs edib bolluca şənləndilər, sonda uşaqlara hədiyyələr təqdim edildi.
Tədbirdə iştirak edən valideyinlər və uşaqlar tədbirin ərsəyə gəlməsində Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinə, əməkdaşlarına və könüllülərinə, AzQAC İsmayıllı rayon bölməsinin rəhbərliyinə və könüllülərinə keçirdikləri bu tədbir üçün öz təşəkkürlərini bildirdilər. Biz də Cəmiyyət olaraq bütün dünya uşaqlarını bu bayram münasibətilə təbrik edir, onlara can sağlığı arzu edirik.