Hər il olduğu kimi,bu il də Müqəddəs Ramazan ayının son günlərinə yaxın Qayalı Mərasim evinin rəhbərliyi qeydiyyatımızdakı oruc tutan ahıllara və könüllülərə iftar süfrəsi təşkil etdilər.Əvvəlcə din xadimi Ramazan ayının fəzilətlərindən danışdı.Azan oxunandan sonra ahıllar iftar süfrəsi ətrafına toplaşaraq,oruclarını acdılar.Masa arxasında onları bu əziz gündə unutmayan xeyirxah insanlara dualar etdilər.İftar süfrəsindən sonra 30 nəfər ehtiyaclı ahıllara bayram sovqatı paylanıldı. AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova bölmə və humanitar yardım alan ehtiyaclı ahıllar adından xeyrixah insana minnətdarlığını bildirdi.Ahıllar da öz növbələrində onlara göstərilən diqqət və qayğı üçün mərhəmətli insana öz təşəkkürlərini bildirdilər.Bölməyə gəlmək iqtidarında olmayan yataq xəstələrinə yardımlar bölmənin könüllü heyəti tərəfindən evlərində çatdırıldı.