Ombudsman Aparatının nəzdində fəliyyət göstərən Azərbaycan Uşaq və Gənclərin “Sülh” şəbəkəsi uşaq və yeniyetmələr arasında humanitar, içtimai səhiyyə, miqrasiya və digər sahələr barədə geniş təbliğat yönümlü uzun illər əməkdaşlıq edən təşkilatlardan biri, Azərbaycan Qızıl Aypara Cəmiyyətidir. Bu təşkilatın üzvlərilə birgə keçirilən tədbirlər barədə mütəmadi olaraq oxuculara məlumatları çatdırırıqdir. Belə ki, 11 iyunda şəbəkəsinin üzvləri “Birgə və sağlam” İçtimai Birliyində autistik spektrli yeniyetmələrlə görüşü təşkil olunmuşdur. Bu yeniyetmələr İB-in nəzdində yaradılan “Kaşalata” adlı kafedə fəaliyyət göstərir, buraya gələn qonaqlara xidmət göstərirlər. Adı çəkilən görüşdədə uşaqlara çay və şirniyatları bu yeniyetmələr təqdim edirdilər. AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova, “Sülh” şəbəkəsinin nümyyəndəsi Rəşidə Dəmirova (valideyn) və “Birgə və Sağlam” İB-in rəhbəri Aytən Eynalova tədbir iştirakçılarını salamlayaraq, belə görüşlərin fərqlı olan insanları yaxından tanımağa, hörmət etməyə, hüquqlarını qorumağa, bununla da onların cəmiyyətə inteqrasiya olunması məsələlərində dəstək olmasını xüsuxi vurğuladılar. “Sülh” şəbəkəsinin üzvləri tar (Babayev Murad), qarmon (Cəfərov Tural), fortepiyano və skripka (Əliyeva Ləman) alətlərində gözəl musiqi nömrələri, mahnıları ifa etdilər. “Birgə və Sağlam” İB-in yeniyetmələri bir neçə mahnı ifalarını təqdim etdilər. Tədbirdə iştirak edən uşaq və valideynlər səmimi şəraitdə keçirilən bu tədbiri yüksək qiymətləndirərək, onlarda fərqli olan uşaqlarla (insanlarla) cəmiyyətdə birgə yaşamağın əhəmiyyətini görməyə və hiss etməyə, xoş əhval ruhiyyə və sevincli anları yaşadıqları barədə fikirləri söylədilər. Sonda uşaqlar xatirə şəkil çəkildi.