Qurban bayramı münasibəti ilə müraciətimizə Azertexnolayn MMC-nin rəhbərliyi həmişə olduğu kimi bu dəfə də biganə qalmamış,qeydiyyatımızda olan ahıllar və xüsusi qayğıya ehtiyaclı uşaqlar olmaqla 50 nəfərə bayram süfrəsi təşkil etmişdilər.Azertexnolayn MMC-nin yeməkxanasında təşkil olunmuş bayram süfrəsində şirkətin direktoru Tofiq Məmmədov,Loqistika departamentinin müdiri Ravil Əhmədov və şirkətin digər əməkdaşları da iştirak edirdi.Tədbiri giriş sözü ilə AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova acaraq iştirakçıları salamlamış, onları qarşıdan gələn Qurban bayramı münasibəti ilə təbrik etmiş,tədbirin təşkilatçısı olan Azərtexnolayn şirkətinin rəhbərliyinə öz minnətdarlığını bildirdi.Şirkətin direktoru Tofiq Məmmədov Ahılları və uşaqları bayram münasibəti ilə təbrik edərək,onlara ən xoş arzularını bildirdi.
Ahıllar müqəddəs Qurban bayramda onlara göstərilən diqqət və qayğıya görə Azərtexnolayn şirkətinin rəhbərliyinə və AzQAC Sumqayıt şəhər bölməsinin əməkdaşlarına öz dərin minnətdarlıqlarını və xoş arzularını bildirdilər.